Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rusif Ağayev
Rusif İbrahim oğlu Ağayev (16 aprel 1987, Hirkan, Lənkəran rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. == Hərbi xidməti == Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi.
Rusif Hüseynov
Rusif Şakir oğlu Hüseynov (24 avqust 1987, Sahil) — Azərbaycan araşdırmaçısı, siyasi eksperti. O, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru, eləcə də "The Politicon" onlayn siyasi jurnalının həmtəsisçisi və baş redaktorudur. Əsas maraqları post-sovet ölkələrində ictimai-siyasi proseslər, dondurulmuş münaqişələr, etnik azlıqlar olub, tədqiqat regionları isə əsasən Şərqi Avropa, Orta Şərq, Qafqaz və Mərkəzi Asiyanı əhatə edir. == Həyatı və fəaliyyəti == Rusif Hüseynov 24 avqust 1987-ci ildə Azərbaycan SSR-nin Qaradağ rayonu ərazisində yerləşən Sahil qəsəbəsi də anadan olmuşdur. O, həmin qəsəbənin 228 saylı orta məktəbində təhsil almış, 2004-cü ildə oradan məzun olmuşdur. Hüseynov həmin il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına prezident təqaüdü ilə qəbul olmuş, 2008-ci ildə oradan bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, magistr dərəcəsini Tartu Universitetinin Yohan Şütte Siyasət Araşdırmaları İnstitutundan almışdır. Hüseynov 2018-ci ilin aprel ayında Murad Muradov ilə birlikdə Topçubaşov Mərkəzini təsis etmişdir. Mərkəz Bakı şəhərində fəaliyyət göstərən Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir. Hüseynov "Modern Diplomacy", "The Independent Türkçe", "Visegrad Insight", "New Eastern Europe", Strateji və Müasir Araşdırmalar Mərkəzi, "The Jamestown Foundation", Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi, "Foreign Policy News", "The National Interest", "Al Bawaba", "The Times of Israel", "TRT World", "Vostokian", "Polis180", "Kyiv Post" kimi beynəlxalq media orqanlarında məqalələr və müsahibələr ilə çıxış etmiş, həmçinin Azərbaycan mətbuatında (İctimai TV, AzTV, APA TV, Space TV) da çıxış etmişdir.
Rusif Kazımov
Rusif Yusif oğlu Kazımov (29 mart 1997; Cəlilabad rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rusif Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003–2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 5 noyabr tarixində Laçın koridoru istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rusif Quliyev
Rusif Asim oğlu Quliyev (9 sentyabr 1989; Yenigün, Ağstafa rayonu — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rusif Quliyev 1989-cu il sentyabrın 9-da Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1996–2007-ci illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Təranə adlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Rusif Quliyev 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. Rusif Quliyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Justify
Justify ~ выравнивать ~ yaslamaq ~ düzləndirmək -şaquli düzləndirmə. Mətn hazırlama proqramlarında və nəşriyyat sistemlərində: sətirdəki sözlər arasındakı boşluğun enini artırmaq yolu ilə mətnin sətirlərini sütunun və ya səhifənin sol (LEFT-JUSTİFY) və sağ (RİGHT-JUSTİFY) tərəfinə görə düzləndirmə.Əgər interval həddindən artıq olarsa,o, ya sözlərin yenidən yazılması, ya da sətrin sonundakı sözləri yeni sətrə keçirmək yolu ilə qısaldıla bilər.Bax: ALİGN. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Resifi
Resifi — Braziliyada yerləşən şəhər. Pernambuku ştatına daxildir.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rusizm
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. == Tarixi == === Cövhər Dudayev === Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
Yusif
Yusif — ad. Yusif Səmədoğlu — Azərbaycanın xalq yazıçısı. Yusif Cəfərov — İkinci Qarabağ müharibəsi şəhidi.
Şusif
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. == Həyatı == Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən tə'min olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Rusiya mətbəxi
== Tarixi == Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər. Ukraynadan Rusiya mətbəxinə donuz və dana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xama və kəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir.
Rusiya prezidenti
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Rusiya prezidentləri
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
Rusiya respublikaları
Rusiya Federasiyası 83 subyektdən ibarətdir və bunlardan 22-i respublika hesab olunur.
Rusiys SFSR
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Rusiya tarixi
Rusiya tarixi (rus. История России) — Rusiya tarixi. == Orta əsrlər == XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI–XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər.
Ferdinand Ruşits
Ferdinand Eduardoviç Ruşits (pol. Ferdynand Ruszczyc; belar. Фердынанд Рушчыц; 10 dekabr 1870[…], Bahdanava[d], Vilen quberniyası[d] – 30 oktyabr 1936[…], Bahdanava[d], Novoqrudok voyevodluğu[d]) — Belarus və Polşa rəssamı, qrafik, səhnə qurucusu. == Həyatı == Orta klassik təhsilini Minsk gimnaziyasında almışdır. 1890-cı ildən Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdur. 1892—1897-ci illərdə İ.İ.Şişkin və A.İ.Kuincinin rəhbərliyi altında İmperator Sənətlər Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil almışdır. Təhsil məqsədi ilə Krım, Fransa, Almaniya, İtaliya, İsveç kimi bir neçə yerə səyahət etmişdir. 1897-ci ildə Rəssamlıq Akademiyasının diplom işləri sərgisində debüt etdi. O vaxtdan 1900-cü ilə qədər əsərləri akademiyanın illik sərgilərində nümayiş etdirilirdi. 1899-cu ildə ilk sərgi Vilnada təşkil edildi.