Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soluklu
Soluklu (Komican)
Şötüklü
Şötüklü — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şötüklü oyk. Cəlilabad r-nunun Boyxanlı i.ə.v.-da kənd. Burovar silsiləsinin ətəyindadir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqasini pirəmbəl tayfasından olan Şötükxan Göyçə oğlu adlı bir nəfərə məxsus ailələr saldığına görə bələ adlanmışdır. Azərbaycan dilinin dialektlarində şötük/şötix "dəvənin belinə bağlanan enli ip, örkən” mənasında işlənir. Oykonim Şotuqlu variantında da qeyda alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 350 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Soluklu (Komican)
Soluklu (fars. سلوكلو‎; azərb. Sülüklü‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 42 ailədə 107 nəfəri kişilər və 80 nəfəri qadınlar olmaqla cəmi 187 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Soluklu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Sokullu Mehmed Paşa
Sokollu Mehmed Paşa (1505, Sokoloviç[d], Osmanlı imperiyası – 11 oktyabr 1579, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — I Süleyman, II Səlim və III Murad dönəmlərində ümumilikdə 14 il 3 ay 13 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == === İlk illəri və ailəsi === 1505-ci ildə Bosniya əyalətinin Vişeqrad nahiyəsinin Sokoloviç kəndində dünyaya gəlmişdir. Atasının adının Dmitri olduğu, olduqca uzun boylu olduğu üçün Osmanlı mənbələrində "Tavil" (yəni, uzun) ləqəbiylə anılır. İlk təhsilini Bosniyadakı bir monastrda rahib olan dayısından aldı. Sultan Süleymanın səltənətinin ilk illərində Bosniyadan dəvşirilərək ailəsindən alınmışdır. Mehmed Paşa şəxsən özü 1576-cı ildə Venesiya elçisi Mark Antonio Tiepoloya ailəsindən alındığı vaxt 18 yaşında olduğunu söyləmişdir.Silahdar olduğu illərdə Bosniya əyalətinin vergilərini toplamaqla vəzifələndirilən Əhməd bəyin vastəsilə atasını, ortancıl qardaşını və əmisi oğlunu İstanbula gətirtmişdir. Atası müsəlman olub Cəmaləddin Sənan adını aldı. Ortancıl qardaşı Mustafa vəfat etmiş, ardından anasını və kiçik qardaşını da yanına gətirtmişdir. Ancaq bu qardaşı da uşaq yaşlarında vəfat etmişdir.Ardından Ədirnəyə gətirilmiş, burada Sultan Süleymana 40 boşnaq uşaqla birlikdə təqdim edilmişdir. Ədirnə sarayında təhsil almağa başladı və burada Mehmed adını aldı.