DÖNÜKLÜK

is.
1. Əhdində, sözündə durmama; səbatsızlıq, etibarsızlıq, vəfasızlıq. Dönüklük etmək.
[Əmiraslan ağa:] Yoxsa dönüklük olmuşdur? S.S.Axundov.
Onda qubernator … deməzdimi ki, ay Müqim bəy Cavanşir, bu nə dönüklük azarıdır ki, səni yaxalayıbdır. S.Rəhimov.

2. Dəvətdən, çağırışdan imtina etmə; çağırılan yerə getməmə.
Belə bir halda nə qədər süfrə dolu olsa, yenə qonaq dönüklük edər, bu ev onu məngənə kimi sıxar. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖNÜKLÜK dönüklük bax 1. vəfasızlıq; 2. xainlik 1

Antonimlər (əks mənalı sözlər)

  • DÖNÜKLÜK DÖNÜKLÜK – SƏBATLILIQ Xeyr, artıq dönüklük umma məndən (H.Cavid); Onun səbatlılığı məni sevindirir
DÖNÜK
DÖNÜM

Digər lüğətlərdə