Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrimeyvə süddüyan
Süddəyən
Süddəyən (lat. Lactuca) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onunda 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) - süddəyən cinsinə aid bitki növü.Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. == Təsviri == Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari-bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonim == Lactuca albicaulis Boiss. [Invalid] Lactuca altaica Fisch. & C.A.Mey. Lactuca altaica Fisch.
Sufiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Suriyan
Suriyan- İranın Fars ostanının şəhərlərindən və Bəvanat şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,645 nəfər və 2,638 ailədən ibarət idi.
Sufiyan (Urmiya)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (112 ailə).
Sufiyan (dəqiqləşdirmə)
Sufiyan — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər.
Sufiyan (Üşnəviyyə)
Sufiyan (fars. صوفيان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (159 ailə).
Sufiyan Povarisov
Sufiyan Şəmsətdin oğlu Povarisov (rus. Суфиян Шамсутдинович Поварисов, başq. Суфиян Шәмсетдин улы Поварисов; 29 avqust 1924, İleş rayonu – 3 iyul 2016, Ufa) — sovet və rus tatar yazıçısı, filologiya elmləri doktoru, professor, Başqırdıstan xalq yazıçısı (2011). Başqırdıstan Respublikası (1992) və Tatarıstan Respublikası (2004) əməkdar elm xadimi, Rusiya ali təhsili fəxri işçisi (1997). Böyük Vətən Müharibəsi iştirakçısı. Başqırdıstan və Rusiya Yazıçılar birliklərinin üzvü. == Həyatı == O, İleş rayonunun Tupeyevo kəndində anadan olmuşdur. Məktəbdə yeddi sinfi bitirdikdən sonra kolxozda işləməyə başlamışdır. 1942-ci ilin avqust ayında Qırmızı Ordu sıralarına çağrılaraq 469-cu minaatan alayının hesablama komandiri kimi xidmət etmişdir. Alay ilə Ukrayna, Belarusiya, Rumıniya, Macarıstan, Çexoslovakiya, Almaniya ərazilərində döyüşlər aparmışdır.
Sufiyan döyüşü
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş. == Zəmin == I Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu. == Döyüş == Güclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər, qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur.
II Sufiyan döyüşü