Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sublet (Vayominq)
Sublet Rayonu (ing. Sublette County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 920 nəfər olmuşdur. Rayonun paytaxtı Payndeyl şəhəridir.
Şöhlət Əfşar
Şöhlət Əfşar (d.1949 - ö.2022) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1967-ci ildə Ağcabədi rayonun Avşar kəndində yerləşən Nizami adına orta məktəbin XI sinfini bitirmişdir. 1968–ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil omuşdur. 1971—1973 – cü illərdə Belarusiya SSR, Mogilyov vilayəti, Bobruysk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititunun aqronomluq fakültəsini müvəffəqiyyətlə bitirib alim-aqronom ixtisası almışdır. 1998-ci ildə göndərişlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ikinci təhsil, qiyabi şöbə) İnzibati İdarəetmə fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1973—2006-cı illərdə Ağcabədi rayonunda dövlət orqanlarında və təsərrüfat sahəsində bir sıra rəhbər vəzifələrdə işləmişdir. III dərəcəli Dövlət qulluqçusudur. 2022-ci il 6 fevral tarixində vəfat edib. == Yaradıcılığı == May 2006-cı il tarixdən noyabr 2011-ci il tarixə kimi “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, “Zamanın nəbzi” İctimai-siyasi qəzetinin Baş redaktoru, fevral 2011-ci il tarixdən həmin qəzetin Təsisçisi və Baş redaktoru, noyabr 2014-cü il tarixdən hal-hazıra kimi “Uvertüra” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərir.
Şuhut (Afyonkarahisar)
Şuhut — Afyonkarahisar ilinə bağlı, Daxili Ege bölgəsinin ən şərqində iştirak edən bir mahalda. Il mərkəzinə uzaqlığı 29 km-dir. 1946-ci ildə ilçe olmuşdur. Şuhut, "keşkek" yeməyiylə məşhurdur. Əhəmiyyətli bir et və kartof istehsal mərkəzidir.