SƏKƏRATÜLMÖVT
SƏKİNƏT
OBASTAN VİKİ
Səkinə Axundzadə
Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865–1927), ilk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olmuşdu. Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A. A. Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi. Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamışdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmişdi.
Səkinə Zairova
Səkinə İmanova
Səkinə İmanova Dadaş qızı (1908–1975) — Sosialist Əməyi Qəhrəmanı (1948). İmanova Səkinə Dadaş qızı 12 avqust 1908-ci ildə indiki Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1948-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. 1944-cü ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü, 1932–1956-cı illərdə Telman adına kolxozda manqa başçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 12 avqust 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyasını dəyişmişdir.
Səkinə İsmayılova
Səkinə Qulu qızı İsmayılova (24 fevral 1956, Bakı) — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordenli (2016). Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1989), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir. Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir. Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır.
Səkinə Əliyeva
Səkinə Abbas qızı Əliyeva (15 aprel 1925, Naxçıvan – 6 oktyabr 2010, Bakı) — dövlət xadimi və siyasətçisi. O, Naxçıvan MSSR maarif naziri, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifələrində çalışmışdır. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına nail olmuş və onun imzalamışdır. Səkinə Abbas qızı Əliyeva 1925-ci ilin aprel ayının 15-də Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atasının adı Abbas, anasının adı isə Almaz olmuşdur. 1945-ci ildə Naxçıvan Müəllimlər İnistitutunda təhsilini başa vurmuşdur. Bundan 1951–1958-ci illərdə sonra isə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində təhsil almışdır. Buradakı təhsilini başa vurduqdan sonra bir müddət Babək rayonunun Qahab kəndində müəllim kimi işləmişdir. Səkinə Əliyeva həmçinin, Ali Partiya Məktəbini də bitirmişdir. 1945-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir.
Səkinə Məhəmmədi Aştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə Məhəmmədi Aştiyani

Səkinə Məhəmmədi Əştiani

Səkinə binti Hüseyn
Aminə binti Hüseyn və ya Səkinə binti Hüseyn (ərəb. سكينة بنت الحسين‎; Mədinə – 12 noyabr 680, Dəməşq) — İmam Hüseyn və Rübab binti İmra əl-Qeysin qızlarıdır. Abdullah ibn Həsən onun həyat yoldaşıdır.
Səkinə Əliyeva (şərabçı)
Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949). Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. 1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir. 1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir. Ermənistan azərbaycanlıları Дж.
Səkinət Abasova
Səkinəxanım məscidi
Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi. Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir. Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib. Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır.

Digər lüğətlərdə