Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. == Təsviri == Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. == Yayılması və həyat tərzi == Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Şunsuke Nakamura
Şunsuke Nakamura (24 iyun 1978, Yokohama) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 98 oyun keçirib, 24 qol vurub.
Kuzinellus sursum
Kuzinellus sursum (lat. Kuzinellus sursum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Şusuke Vatanabe
Şusuke Vatanabe (渡邉修介, Vatanabe Şusuke, Hokkaydo) — Yaponiya diplomatı. 2010–2013-cü illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Şişyarpaq şümşə
Şişyarpaq şümşə == Sinonim == Aquifolium croceum Raf. Aquifolium ferox Mill. ex Rafin. Aquifolium heterophyllum Raf. Aquifolium ilex Scop. Aquifolium lanceolatum Raf. Aquifolium planifolium Raf. Aquifolium spinosum Lam. Aquifolium undulatum Raf. Aquifolium vulgare St.-Lag.
Şumşu döyüşü
Şumşu döyüşü (Şumşu adasına desant çıxarılması) - Kuril desant çıxarılması əməliyyatı tarixinin mühüm mərhələsisir. Ancaq Yaponiya danışıqsız olmanı əməliyyat başlamazdan dörd gün öncə qəbul etmişdir. Əməliyyat beş gün davam etmiş və 1945-ci ilin 23 avqust]] tarixində bitmişdir. Ancaq bu döyüş sovet-yapon müharibəsi tarixində sovetlərin daha çox itki və yaralı verdiyi döyüş olmuşdur. 24 avqust tarixindən etibarən Sovet ordusu cənubda yerləşən adaların işğalına başlamışdır. == Öncəki vəziyyət == Peterburq anlaşması (1875) Kuril adalarının Yaponiya İmperiyasına verilməsini nəzərdə tuturdu. Bu anlaşma istər Rusiya imperiyası, istərsə də SSRİ üçün zamanın o dövrki şərtlərinə görə əlverişli olmuşdur. Müqavilə sayəsində Yaponiya 1200 km məsafədə yeni ərazilər edir, Rusiya isə faktiki olaraq Sakit okeana çıxışını itirmişdir. Rus-yapon müharibəsi zamanı yaponlar Şumşudan Kamçatkaya desant çıxartmışdılar. Öz sərhədlərinin lap yaxınlığında bu cür təhlükənin olması SSRİ rəhbərliyini daim gərginlikdə saxlayırdı.
Sanzoku no Musume Rōnya
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. == Keçidlər == Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.