Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sünnət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Əhli-Sünnət
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sünnət-i Süfla (Xoy)
Sünnət-i Süfla (fars. سنت سفلي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sünnət-i Ülya (Xoy)
Sünnət-i Ülya (fars. سنت عليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Stuxnet
StuxNet zərərli kompüter soxulcanıdır. İlk dəfə 2010-cu ildə Kaspersky Lab tərəfindən aşkar edilmişdir. 2005-ci ildən təkmilləşdirilən bu proqram təminatı, SCADA sistemlərini hədəfləyir və əsas məqsədi İran Nüvə Proqramına böyük zərər vermək idi. Heç bir dövlət bu kibersilahla bağlı məsuliyyəti öz üzərinə götürməsə də, bu kibersilahın yaradılması Amerika və İsrael dövlətləri ilə əlaqələndirilir. StuxNetin xüsusi hədəfi PLC(proqramlaşdırılan məntiq nəzarətçiləri) idi, hansı ki, zavodun montaj xətlərinin və nüvə materiallarının ayrılması üçün sentrifuqaların idarəedilməsi kimi elektromexaniki proseslərinin avtomatlaşdırılmasına imkan yaradır. 4 "sıfır gün hücumu"nu özündə birləşdirən StuxNet əvvəlcə Windows Əməliyyat Sistemi və şəbəkədən daha sonra isə Siemens Step7 yazılımından istifadə edirdi. StuxNetin İran PLC-lərini təhlükəyə atdığı bildirildi. Sənaye informasiyalarının oğurlanması və sentrifuqaların həddən artıq sürətlə fırlanıb özlərini parçalamaları da bura daxildir. StuxNetin xüsusi bir dizaynı və arxitekturası yoxdur, o özünü işləyəcəyi platformalara uyğunlaşdıra bilir. Bu sistemlərə əsasən böyük çoxluğu Yaponiya, ABŞ və Avropada yerləşən SCADA(Mərkəzi Nəzarət və Məlumat Toplama) və PLC sistemləri daxildir.
Sürünən
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünən ayrıqotu
Elymus repens (lat. Elymus repens) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elymus cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . == Yayılması == Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Sürünən kəklikotu
Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür. Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır.
Sürünən kəkrə
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. == Sinonimləri == Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Sürünən mahoniya
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. == Botaniki təsviri == Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. == Ekologiyası == Quraqlığa davamlıdır.
Sürünən qarağac
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. == Ekologiyası == Öz arealında quraqlı rayonlarında kol kimi bitir. == Azərbaycanda yayılması == Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Sürünən qaymaqçiçəyi
Sürünən qaymaqçiçəyi (lat. Ranunculus repens) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada rast gəlinir. Rütübətli və kölgəlik yerlərdə, su ilə gətirilmiş torpaqlarda – çayların sahilində, rütubətli çəmənliklərdə, kolluqların arasında, meşə bataqlıqlarında, sahələrdə və bostanlarda bitir.
Sürünən qaytarma
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. == Çiçək == Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. == Meyvə == Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.