Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sımada
Sımada — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır. == Toponimikası == Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1752 nəfərdir.
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Şintaro Şimada
Şintaro Şimada (嶋田 慎太郎, Shimada Shintaro); (5 dekabr 1995, Kumamoto) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Silda adası
Silda (norv. Silda) — Soqn-oq-Fyurane regionunda kiçik bir ada. Adanınm sahəsi 1,1 km² təşkil edir. Voqstoy adasında 2 km şimal-şərqdə, Barmen adasından isə 2,5 km qərbdə yerləşir. Sahilləri Sildeqapnet körfəzinin suları ilə yuyulur. Adadan 2 km şərqdə Lanqenes, 3 km şimal-şərqdə isə Reyoudeberq kəndi yerləşir. Bu adada 1810-cu ildə Silde döyüşü olmuşdur. 2001-ci ildə adada 38 nəfər yaşayırdı. Onlkarın yeganə nəqliyyat vastəsi qayıqlar idi. == Adı == Norveç dilində sild sözü "seld" balığının adından götürülmüşdür.
Ən şimalda yerləşən yaşayış məntəqələri
== Böyük şəhərlər == Əhalisinin sayı 100 mindən çox olan şimalda yerləşən şəhərlər.