Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minimum istehlak səbəti
Istehlak səbəti məsələsini tənzimləmək üçün hazırda Azərbaycan Respublikasında 2004-cü il 5 oktyabr tarixli «Yaşayış minimumu haqqında qanun» qüvvədədir. Adı çəkilən Qanuna əsasən minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum istehlak səbəti əhalinin əsas sosial – demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 1) ərzaq mallarının minimum toplusu; 2) fərdi və ailəvi istifadə olunan qeyri – ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni – məişət, sanitariya əşyaları, dərmanlar və s.); 3) xidmətlərin minimum toplusu ( mənzil – kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni – maarif, müalicə – istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri – hökumət təşkilatlarının iştirakı ilə Respublika hökuməti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir."Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi1. Ərzaq məhsulları (kq-la illik) 2. Qeyri-ərzaq malları 3.
Şəhərcik
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. == Tarixi == 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir.
Sənətçi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Şəhərcik (Qafan)
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Loknin (şəhərcik)
Loknin (ing. Lộc Ninh) — Vyetnamda şəhərcik, Binfıok vilayətinin Loknin rayonunun inzibati mərkəzi.Vyetnam müharibəsi zamanı burada 1967-ci ildə birinci dəfə, 1972-ci ildə ikinci dəfə döyüş baş tutmuşdur. Loknin Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökumətinin 1969-cu ildə yarandığı andan 1975-ci ildə Sayqonun süqutuna qədər onun qərargahı kimi xidmət etmişdir.
Nqoklak (şəhərcik)
Nqoklak (vyet. Ngọc Lặc) — Vyetnamda, Txanxoa vilayətində şəhər, Nqoklak mahalının inzibati mərkəzi. == Tarixi == İndiki Nqoklak şəhərinin əksəriyyəti əvvəllər Nqoklak mahalında yerləşən Nqokkhe icması idi. Nqokkhe icması 25 iyun 1963-cü ildə Kaokkhe icmasının ərazisinin və əhalisinin bir hissəsinin ayrılması əsasında yaradılmışdır.3 iyun 1988-ci ildə Nazirlər Soveti 99-HĐBT saylı fərman vermiş və ona əsasən Nqokkhe icmasının 192 hektar və 4,538 sakini Nqoklak şəhərinə ayrılmışdı.
Sebatik adası
Sebatik adası (ind. Pulau Sebatik, malay Pulau Sebatik) — Kalimantan adası yaxınlığında yerləşir. İndoneziya və Malayziya adasında sərhəd bu adadan keçir. Adanın sahəsi 452,2 km². İki ölkə arasında dövlət sərhəddiu adanın tən ortasından keçir. Aadnın Malayziya hissəsində (Sabah ştatı) 25 000 nəfər (153 km²), İndoneziya (Şimali Kalimantan vilayəti) — 80 000 nəfər yaşayır (299 km²). Ada ilə Kalimantan arasında minimal məsafə 1 km-dir.
Şəkərcik yaşayış yeri
Şəkərcik — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Şəkərcik kəndinin ərazisində yerləşir. Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub.Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Şebenik-Yablonisa Milli Parkı
Şebenik-Yablonisa Milli Parkı (alb. Parku Kombëtar Shebenik-Jabllanicë) — Albaniyanın Elbasan vilayətinin şərqində yerləşən milli park. Parkın sahəsi 339 km²-dir və Makedoniya Respublikasının sərhəddində yerləşir.. Ərazinin hündürlüyü 300 metrdən 2200 metrə qədər dəyişir. Ən hündür zirvəsi isə Şebenik və Yablonisadır. Məhs bu zirvələrin adları parka verilmiş. Milli Park Albaniyanın ən cavan parkdır. Park 21 may 2008-ci ildə qurulub. Park ərazisində müxtəlif növ heyvanlar məskunlaşıb ki, əksəriyyəti Albaniya üçün nadır növ hesab olunur:qonur ayı, qurd və balkan vaşağı. == Coğrafiyası == Milli park ərazisində iki böyük çay və onlarca kiçik çay var.