Səbətçilər qəsri
Səbətçilər sarayı — İstanbul Eminönü ilçəsində, Sarayburnunda olan bu saray, Topqapı Sarayının Sarayburnunda olan iki sahil köşkündən biridir.
1591-ci ildə Sultan III Murad zamanında Memar Davud Ağa tərəfindən tikilmişdir. Qəsrin tikintisində istifadə edilən materiallar müxtəlif yerlərdən xüsusi olaraq gətirilib. İnşa edildiyi dövrdə Topqapı Sarayı sərhədləri içində qalan qəsr, Sultan I Mahmud dövründə də (1574–1595) yenilənmişdir. Bu qəsrin eyni zamanda padşahlara məxsus qayıqların bağlandığı bir yer olduğu və padşahların donanmanın səfərə çıxışını və qayıdışını buradan izlədikləri məlumdur.
Tikintisində Dalğıc Əhməd Paşa ilə nəqqaşbaşı Lütfü Ağa da iştirak etmişdilər. Tikildiyi yerdə daha əvvəl Bəyazid Köşkü var idi. Sədrəzəm Sinan Paşanın təlimatı ilə tikildiyi üçün qəsrə Əlisinanpaşa qəsri də deyilmişdir. Osmanlı dövründə tikilmiş mülklərin ən görkəmlilərindən olan Səbətçilər qəsri ilə bağlı müxtəlif məlumatlar var. Bunlardan birinə görə, Ədirnə sarayında qaldırılmış fevkani quruluşlara səbətçi və ya sultani adı verildiyindən bu qəsrə Səbətçi deyilmişdir.