Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlimiyyə
Səlimiyyə (Armudlu) — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Səlimiyyə təkyəsi — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Səlimiyyə məscidi (Leja) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili.
Səlimiyyə məscidi
Səlimiyyə məscidi — Ədirnədə Osmanlı sultanı II Səlimin Memar Sinana tikdirdiyi məscid. Sinanın 90 yaşında inşa etdiyi və "ustalıq əsərim" adlandırdığı Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir. Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanmışdır. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da, ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılmışdır. Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə bəhs etmişdir. Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür. 2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi müvəqqəti namizəd siyahısına daxil edilən Səlimiyyə məscidi və kompleksi 2011-ci ildə Ümumdünya irsinə salındı. Səlimin məscidin inşa edilməsi üçün niyə Ədirnəni seçdiyi qəti olaraq bilinmir. Övliya Çələbi "Səyahətnamə" adlı əsərində padşahın yuxusunda Məhəmməd peyğəmbəri gördüyünü və onun özündən Kiprin fəthi xatirəsinə bir məscid tikdirməsini istədiyini yazmışdır.
Səlimiyyə təkyəsi
Səlimiyyə təkyəsi (ərəb. التكيّة السليميّة‎ ət-təkiyyə s-səlimiyyə) — I Səlimin tərəfindən 1518-ci ildə Dəməşqdə inşa etdirilən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Səlimiyyə təkyəsi məscid və imarətdən ibarətdir. Məscid İbn Ərəbi türbəsinin yerində inşa edilmişdir. Səlimiyyə təkyəsi Süleymaniyyə təkyəsindən daha qədimdir.
Səlimiyyə (Armudlu)
Səlimiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Məcidiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd 1911-ci ildən eyni addadır. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında Səlimiyyə (سلیمیە) kimi qeyd olunur. 1935-ci il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndi Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 335 nəfərdən ibarət idi. 1950-ci il ümumi siyahıyaalınmasında kənd "Səlimiyyə (Soyuqsu)" olaraq qeyd edilmişdir.
Səlimiyyə məscidi (Leja)
Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir. 1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi. Həmin kilsə Leja şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, Drin çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi.