CANIYANANLIQ

is.
1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə.
Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn.

□ Canıyananlıq eləmək (göstərmək) – ürəyi yanmaq, həmdərd olmaq, ürəkdən acımaq, yazığı gəlmək.
[Qərənfil:] İndi də başlamısınız Hümmətə canıyananlıq eləməyə. İ.Əfəndiyev.
Bir dəfə nahar zamanı Fərman gənc fəhlələrlə danışarkən dostu ona yaxınlaşdı və süni bir canıyananlıq göstərdi. Ə.Sadıq.

2. Canıyananlıqla şəklində – ürəyi yanarcasına, acıyaraq, yazığı gələrək, halına yanaraq. Canıyananlıqla soruşmaq.
– Dürdanə xanım canıyananlıqla dedi… Ə.Əbülhəsən.

CANIYANAN
CANIYANAR

Digər lüğətlərdə

коральки́ неистощи́мо ну-ну́ отта́чивание отчлени́ться прекраща́ть приставля́ть казнокра́дство попыта́ть развесели́ться скрести́ть тусо́вочный контры формула acinacifolious Aquitaine carven endways queen's ware tansy выступ переучитывать просвечивание регулировочный фонический