Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səməndar İsmayılzadə
Səməndər Vahid oğlu İsmayılzadə (25 avqust 1990; Yevlax, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndar İsmayılzadə 1990-cı il avqustun 25-də Yevlax şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anna Bergendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Berqendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.