Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çin əriştəsi
Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir. == Adlandırılması == Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir. == Tarixi == Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi .
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Georgi Sereteli
Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904, Tianeti, Tiflis quberniyası – 9 sentyabr 1973, Tbilisi) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Bioqrafiya == Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi. 1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur. 1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur.
Mixail Sereteli
Mixail Sereteli (gürc. მიხეილ გიორგის ძე წერეთელი; 23 dekabr 1878 – 2 mart 1965, Münhen, Bavariya, Qərbi Almaniya) — Gürcü şahzadəsi, tarixçi, filoloq, sosioloq, publisist və diplomat. == Bioqrafiya == Şahzadə ailədəndir. Vasili Sereteli onun kiçik qardaşıdır (1862-1937). Heidelberg Universitetini bitirir (1911). 1913-cü ildə namizədlik dissertasiyasını müdafiə edir. 1914-1918-ci illərdə Heidelberg Universitetində dərs demişdir. Eyni zamanda 1914-1917-ci illərdə Gürcüstanın İstiqlal Komitəsinin rəhbərlərindən biri olmuşdur. Bu vəzifədə gürcü menşeviklərinin lideri Noy Jordaniya ilə görüşmək üçün gizli olaraq Gürcüstana səfər etdi. 1918 -ci ildə Gürcüstanın müstəqilliyini elan etdikdən sonra Gürcüstan Demokratik Respublikasının İsveç və Norveçdəki səfiri olur.
Vasili Sereteli
Vasili Sereteli (gürc. ვასილ გიორგის ძე წერეთელი; 1862 – 1937) — Gürcü siyasətçi, həkim və jurnalist. == Bioqrafiya == Knayaz ailəsindəŞ anadan olmuşdur. Qardaşı Mixail Seretelidir (1878-1965). Orta təhsilini Kutaisidə alır, 1884-cü ildə Novorossiysk Universitetinin Təbiət Elmləri Fakültəsinə daxil olur. 1887-ci ildə universitetdən qovulur (Xalq İradəsi təşkilatının üzvü idi və Varlam Çerkezişvili ilə əlaqəli olduğundan). Gürcüstana qayıdaraq, təxminən beş il Batumidə yaşaır və çalışır, rusdilli "Çernomorski Vestnik" qəzetinin redaktoru olur. 1898-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirir. Məzun olduqdan sonra Çiatura, Tiflis və Tianesitdə həkim, 1908-ci ildən Kutaisidə Kutaisi poliklinikasının müdiri və Kutaisi gimnaziyasında gigiyena müəllimi işləmişdir. Bu illərdə fəal jurnalist fəaliyyəti ilə məşğul olur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.