Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saqqızlı (Bükan)
Saqqızlı (fars. سقزلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (17 ailə).
Saqqızçı
Saqqızçı (Xalxal) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Saqqızçı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Haqqıxlıq nekropolu
Haqqıxlıq nekropolu — Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979-cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır. 1990-cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə.
Saqqızçı (Nir)
Saqqızçı (fars. سقزچي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (66 ailə).
Saqqızçı (Nəmin)
Saqqızçı (fars. سقزچي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 563 nəfər yaşayır (140 ailə).
Saqqızçı (Sərab)
Saqqızçı (fars. سقزچي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Saqqızçı (Xalxal)
Saqqızçı (fars. سقيزچي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. == Tarixi == Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Uşaqsızlıq vergisi
Uşaqsızlıq vergisi (rus. налог на бездетность) — 1940-cı illərdən etibarən Sovet İttifaqı və digər kommunist ölkələrində natalist siyasətin tərkib hissəsi kimi tətbiq edilən vergi. Yerli əhali arasında "subaylıq vergisi" adı ilə də bilinir. İosif Stalin rejimi, yetkin insanları çoxalmağa təşviq etmək məqsədilə vergi yaratdı və beləliklə Sovet İttifaqı əhalisinin sayını artırdı. Gəlirin 6%-nin cəlb edildiyi vergi 25-50 yaşlı kişiləri və 20-45 yaşlı evli qadınları əhatə edirdi.Vergi Sovet İttifaqı dağılanadək qüvvədə qalmış, lakin məbləği dayanmadan azalmışdır. 2006-cı ildə Səhiyyə naziri Mixail Zurabov və Dövlət Dumasının Sağlamlığın qorunması Komitəsinin sədr müavini Nikolay Gerasimenko bu vergini Rusiyada yenidən bərpa etməyi təklif etsələr də, ideya reallaşmamışdır. == SSRİ == İlkin olaraq SSRİ-də 1941-1990-cı illərdə tətbiq edilən vergi uşağı olmayan bir çox 25-40 yaşlı kişiləri və 20-45 yaşlı evli qadınları təsir dairəsinə almışdı. Vergi uşaqsız şəxsin əmək haqqının 6%-ni təşkil edirdi. Burada müəyyən istisnalar da var idi: övladları İkinci Dünya müharibəsində həlak olmuş şəxslər, eləcə də müəyyən mükafatlar almış müharibə qəhrəmanları bu vergini ödəmirdi. Ayda 70 rubldan az aldığına görə bir çox tələbələr vergidən azad edilmişdi.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". == İfrat millətçilik və irqçilik == İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.