Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
İznik saxsısı
İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XV və XVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir. == İznik saxsısının hazırlanma mərhələləri == Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur. Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
Kardium saxsı
Kardium dulusçuluq və ya Kardiyan qablar adını qabığının üzəri basma şəkildə olan Cardium edulis (indi Cerastoderma edule) adı ilə tanınan yeməli dəniz molyuskundan alan Neolitik dekorasiya üsludur. Bu dulusçuluq məmulatları "Kardial mədəniyyəti" olaraq adlandırılır onları istehsal edən və yayan Neolit mədəniyyətini təyin etmək üçün istifadə olunur. Arxeoloqlar tərəfindən bu basma naxışlı keramika da adlandırılır. Bu cür nümunələr keramika üzərinə küt, daraqvari alətlə tətbiq edilir. Bu üsulla naxışlanan keramika Kardium tipli bəzəmə naxışlı keramikadan daha çox yayğındır.
Satsivi
Satsivi və ya Qoz pastası (Gürcücə:საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir.Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur.Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.
Şaxmılı (Kəleybər)
Şaxmılı (fars. شخملو‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. == İlk illəri == Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. == Karyerası == Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Satıcı (film, 2016)
Satıcı — 2016-cı ildə istehsal olunan İran filmi. İranlı rejissor Əsgər Fərhadinin ikinci filmi olaraq ən yaxşı xarici film nominasiyası üzrə “Oskar” mükafatını qazanmışdı. İran istehsalı olan “Satıcı” filmi “Oskar” mükafatına layiq görülmüşdür.
Oğuz Kaan Salıcı
Oğuz Kaan Salıcı (1972, Qaziantep) — Türkiyə siyasətçisi və politoloqu. CHP üzvüdür. == Həyatı == Əslən Adıyamana bağlı Besnidəndir. Atası dövlət qulluqçusu, anası isə evdar qadın olmuşdur. O, həyatının çox hissəsini Türkiyənin müxtəlif şəhərlərində keçirmişdir. Təhsil həyatına 1978-ci ildə Adıyaman Cümhuriyyət İbtidai məktəbində başlamışdır. Orta məktəbə 1983-cü ildə Elazığ Anadolu Liseyində başlamış, lakin atasının təyinatı səbəbilə orta təhsilini və liseyi Əskişəhər Anadolu Liseyində bitirmişdir. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. O, Sosial Demokrat Universiteti Tələbə Platformasının və Demokratiya Uğrunda Gənclər Platformasının yaradılmasında iştirak etmiş, Sosial Demokratiya Vəqfi və Türkiyə Sosial İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin üzvüdür. 2011-ci ilin sentyabrında CHP İstanbul İl sədri vəzifəsinə təyin olunmuş, 2012-ci ilin mayında İstanbul İl Konqresində İl Başçısı seçilmiş və 2014-cü ilin dekabr ayına qədər bu vəzifədə qalmışdır.
Axıcı Dizayn Sistemi
Axıcı Dizayn Sistemi (ing. Fluent Design System, kod adı "Project Neon") — 2017-ci ildə Microsoft korporasiyası tərəfindən Fluent Design System-inin yeni dizayn konsepsiyası təqdim edilib. Fluent Design System Windows 10 cihaz və platformaları üçün nəzərdə tutulub və beş sahəyə fokuslanır: İşıq, Həcm, Hərəkət, Material və Miqyaslılıq. Yeni dizayn dili ilə hərəkət, həcm və yarı şəffaflıq effektlərinin istifadəsi daha estetik olacaq. Axıcı Dizayn Sisteminin "Fall Creators" yenilənməsi ilə daha geniş istifadəsi gözlənilir, lakin Microsoft bu dizayn sisteminin "Fall Creators" yenilənməsi müddətində hələ başa çatmayacağını bəyan edib. Fluent Design System-dən istifadə ilə əməliyyat sisteminin radikal şəkildə dəyişəcəyi gözlənilir. Microsoft korporasiyası Axıcı Dizayn Sistemini 11 may 2017-ci ildə "Build 2017" konfransında proqramçılar üçün təqdim edib.
Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. == Məzmun == Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.
Yaxşıların ən yaxşısı (film, 1976)
== Məzmun == Film Azərbaycan KP XXIX qurultayına həsr olunmuşdur. Kinolentin qəhrəmanları istehsalat qabaqcılları, beşilliyin ən yaxşı əməkçiləridir. Kinolentdə IX beşillikdə respublikamızda xalq təsərrüfatının bütün nailiyyətlərindən söhbət açılır.
Ən yaxşısı Sola zəng et
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "Bədbəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "Bədbəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Qardaşımdan yaxşısı yox idi (film, 2010)
Qardaşımdan yaxşısı yox idi — 2010-cu il Azərbaycan, Bolqarıstan və Rusiya istehsalı film. Film "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" üzrə Nika mükafatına namizəd olmuşdur.