Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir.
Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur.
Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.