Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrıseçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar.Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir. === ABŞ === Çoxsaylı audit tədqiqatları ABŞ-nin əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər.
Yetkinlik
Yetkinlik — 35 yaşdan 65 yaşa qədər olan yaş dövrü. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır.
Yetkinlik dövrü
Yetkinlik (puberty), insanlarda baş verən "yetkinliyə ilk addım" dövrüdür. Yetkinlik, uşaqlıq dövrü ilə yetkinlik dövrü arasında olan keçid dövrüdür. Yetkinlik, insanda uşaqca hərəkət və davranışlarının yerini yetkinlik hərəkət və davranışlarının aldığı, cinsiyyət bacarıqlarının qazanıldığı, insanın yetkin roluna psixoloji olaraq hazırlandığı dövürdür. Uşaqlıq dövrü olaraq adlandırılan yaşlarda, sosial cəmiyyət şüuru (super-eqo) inkişaf etməmişkən, yetkinlik dövrünə girən gənclərdə ictimai qəbullanmaq, bir qrupun tərkibi olma (super-eqo və eqo) anlayışları inkişaf edir. Bədən hormonlarından cinsiyyət ilə əlaqəli olan (sekonder cinsi hormonları) estrogen və ya androgenlərin yaranması bu dövürdə pik həddə çatdığından yetkin insanın psixologiyasında səbəbsiz yerə dəyişikliklər baş verir. Yetkinlik dövrü insanlarda əsas 5 dövürdən biridir. Lakin alimlərin yetkinlik dövrü ilə əlaqəli fikirləri sadəcə uşaqlar müəyyən bir yaşa gəldikdə bu dövürə girəndə və sadəcə yavaş-yavaş yetkinlik qazandıqları üçün BMT və alimlər yetkinlik dövrünə girənlərin hələ də uşaq olduğunu qəbul edirlər. Ümumi olaraq 12–21 yaş arası yetkinlik dövrü olaraq adlandırılır. Yetkinliyə giriş yaşı; genetika (ailə içi), irq, sosial-iqtisadi şərtlər (uşaq yaşda evləndirmə, ağır fiziki yük altında işlədilən uşaqlar) və iqlim kimi faktorlardan təsirlənir. Bəzi qara dərili qəbilələr və qədim ərəblərdə yetkinlik dövrü iqlimin təsiri ilə daha tez baş verərkən Şimali yarımkürədə Norveç, Finlandiya kimi az Günəş alan soyuq yerlərdə yetkinlik yaşı daha gec başlayır.
Yetkinlik yaşı
Yetkinlik yaşı — qanunla şəxsin tam fəaliyyət qabiliyyətli hesab olunduğu yaş. Yetkinlik yaşına çatmayanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərinin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır. Yetkinlik yaşı şəxsin psixi pozuntusu və cinsi inkişafı ilə əlaqədar deyil. Yetkinlik yaşı keçid dövrü, cinsi əlaqədə olmaq yaşı, nikah yaşı, məktəbi bitirmək yaşı, alkoqollu içkilər qəbul etmək, nəqliyyat vasitəsini idarə etmək, səsvermə yaşı, tütün məmulatlarından istifadə, qumar yaşı və s. ilə qarışdırılmamalıdır. Onların hər biri ayrılıqda müəyyən edilir. Şəxs yetkinlik yaşına çatsa da, yaş məhdudiyyətinə məruz qala bilər: məsələn, seçkili və təyinatlı vəzifələrdə belə məhdudiyyət tətbiq edilir. == Haqqında == Yetkinlik yaşı bəzən lisenziya yaşı ilə qarışdırılır. Hüquq termini kimi "lisenziya" "icazə" mənasını verir və qanunla müəyyən hüquq və imtiyazları əhatə edir.
Yetkinlik yaşına çatmayanlar
Yetkinlik yaşına çatmayanlar — hüquqda müəyyən yaş həddindən aşağı yaşda olan şəxslər. Həmin yaş həddi hər bir dövlətdə fərqli olan və şəxsin uşaqlıqdan yetkinlik mərhələsinə qədəm qoyduğunu göstərən yetkinlik yaşı ilə müəyyənləşdirilir. Yetkinlik yaşı hər bir yurisdiksiyada və praktikada fərqli olsa da, adətən 18 yaş qəbul edilir. Bəzən "yetkinlik yaşına çatmayanlar" ifadəsi heç də yetkinlik yaşı ilə əlaqələndirilmir. Məsələn, ABŞ-da alkoqollu içkilərin qəbul edilməsinə adətən 21 yaşda icazə verilir. Bu zaman həmin yaş həddinə çatmayan şəxslərə də, hətta onlar ən az 18 yaşda olsalar belə, yetkinlik yaşına çatmayanlar deyilir. Eyni hal siqaret çəkilməsi, cinsi əlaqədə olmaq, nikah yaşı, nəqliyyat vasitəsinin idarə edilməsi, seçkidə iştirakla bağlı qoyulan yaş məhdudiyyətlərinə də aiddir. Yaş həddi əksər yurisdiksiyalarda hər bir hala münasibətdə eyni müəyyən edilmir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə, məktəbə qəbul, etibarlı müqavilənin bağlanması yaşı bir-birindən fərqlənir. Avstraliya, Hindistan, Braziliya, Xorvatiya və Kolumbiya kimi bir çox ölkələrdə yetkinlik yaşına çatmayanlar dedikdə 18 yaşınadək olan şəxslər başa düşülür.
Yetkinlik həyatının bacarıqları (film, 2016)
Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir.Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir == Məzmun == Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər. Amma Anna hazırladığı bu videoları heç kimlə paylaşmır və heç kim bunların nə üçün hazırlandığını bilmir.
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə - uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Səkkizlik say sistemi
Səkkizlik say sistemi və ya oktal sistem (okt-8) əsası 8 olan say sistemidir. Səkkizlik say sistemində cəmi 8 dənə bazis rəqəmləri var: 0, 1, 2, 3, 4, 5, 6, 7. Bu sistemdə istənilən ədədin yazılışı həmin ədədin 8-in qüvvətlərinə görə ayrılışına əsaslanır. Məsələn, 8310=1238.
Səkkizlik Qrupu (Avstraliya universitetləri)
"Səkkizlik Qrupu" (ing. Group of Eight, Go8) — Avstraliyanın səkkiz qabaqcıl və nüfuzlu universitetlərinin birliyi. == Tarixi == Birlik 1994-cü ildə universitet vitse-prezidentlərinin qeyri-formal birliyi kimi qurulmuşdu. 1999-cu ildə rəsmi şəkildə təsis edilmişdir. == Fəaliyyəti == Birlik ora daxil olan ali məktəblərin maraqlarını birgə qorumağa çalışır. Bununla belə qrup lider universitetlər kimi qəbul edilir.