Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reyestr
Reyestr - İnformasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. Sayt üzərindən informasiya sorğularının qəbulu və saytdan informasiya sahibinin sənədlərinin müraciət edib məlumat əldə edilməsi üçün reyestrin yaradılması zəruridir.
Reestr
Windows Reestr (Windows Registry) - Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start - Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT - fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER - müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE - kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS - bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG - kompüterin konfiqurasiyası.Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start - Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Serest
Serest (fr. Céreste, oks. Ceirèsta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 463 nəfər iqtisadi cəhətdən, 226 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67.2%, 1999-cu ildə 62.6%) idi. Fəal olan 463 nəfərdən 381 nəfər (212 kişi və 169 qadın), 82 nəfəri işsiz (40 kişi və 42 qadın) idi.
Reyestr saxlayıcısı
Reyestr saxlayıcısı - (ing. Registrar )istiqraz və səhm sahiblərinin qeydiyyatını (reyestrini) aparan təşkilat. Azərbaycan Respublikasında reyestr saxlayıcı və depozitar fəaliyyəti ilə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi məşğul olur.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Corc Lemetr
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[…], Şarlerua, Eno – 20 iyun 1966[…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.
Jorj Lemetr
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[…], Şarlerua, Eno – 20 iyun 1966[…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Qaradağ Sement Zavodu
Qaradağ Sement Zavodu — Azərbaycanda Qaradağ rayonunda yerləşən əsasən sement istehsal edən böyük zavoddur. Zavodun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində 1957–1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. (1996-2000)-ci illərdə zavodun rəhbəri Ağamməd Zalov olmuşdur. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir. Zavodda yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində yetmişinci illərdə istehsal həcmi 1.500.000 tona olmuşdur, lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin Holsim şirkəti tərəfindən özəlləşdirilməsinə qədər davam etdi. 1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan olundu. Sentyabr ayının 25-də isə müəssisənin səhmlərinin əksər hissəsi Holsim şirkəti tərəfindən satın alındı.
Qazax Sement Zavodu
Qazax Sement Zavodu — Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. 05 İyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Sement Zavodunun rəsmi açılışı olmuşdur və zavod sement və klinker istehsalına başlamışdır. 2015-ci ildə Qazax Sement Zavodu Azərbaycanda ilk zavod olaraq Gürcüstan Respublikasına sement və klinkerin ixracını həyata keçirmişdir. Qazax Sement Zavodu MMC Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikası sərhəddi ilə 30 km məsafədə, Ermənistanla 8 km məsafədə yerləşir. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun Respublikanın regionlarında 8 beton zavodu və qum-çınqıl karxanaları da fəaliyyət göstərir. Beton zavodlar mövcud standartların tələblərinə uyğun kalibrlənmiş, şəhadətnamə ilə təmin edilmişdir. Sement Zavodu və regionlarda fəaliyyət göstərən beton zavodlar və qum-çınqıl karxanaları da nəzərə alınmaqla şirkətdə 700 –dən çox əməkdaş çalışır. Zavodda yerli mütəxəssislərlə yanaşı, istehsal, keyfiyyətə nəzarət və digər sahələrdə Almaniyadan dəvət olunmuş mütəxəssislər də çalışır.Zavodun istehsal etdiyi sement məhsulları aşağıdakılardır. 1) Mastersem (CEMII/B-P32.5R) Tətbiq sahələri: Fərdi bina və digər tikililərin beton konstruksiyaları Binaların xarici suvağı Beton səkilər, meydançalar və döşəməaltı qatlar Kərpic arakəsmələrin hörgüsü Kiçik ölçülü beton məmulatlar2) Unisem (CEMII/B-M(P-L)32.5 R) Tətbiq sahələri: Daş və kərpic divar hörgüsü Daxili suvaq işləri3) Betonsem (CEMII/A-P 42.5R) Tətbiq sahələri: Yüksək möhkəmliyə malik betonlar (B25 — B40) Çoxmərtəbəli evlərin dəmir-beton konstruksiyaları Hər növ beton məmulatları4) Sulfasem (PPS400) Tətbiq sahələri: Şoran torpaqlarda yeraltı konstruksiyalar– hörgü və beton Təbii (qrunt, dəniz, göl) suların birbaşa təsirinə məruz qalan konstruksiyalar Beton su hovuzları, quyu və kanalizasiya sistemləri == Fəaliyyət == Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir.
Tovuz Sement Zavodu
Tauz Sement Zavodu Cəmiyyəti — SSRİ şirkəti. Tam adı Portland sement və digər tikinti materiallarının istehsalı üzrə "Tauz" səhmdar cəmiyyətidir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşirdi. == Tarixi == Müasir Azərbaycanın hüdudlarından xeyli kənarda tanınan, respublikanın şimal-qərbində, Bakıdan təxminən 430 km aralıda yerləşən Tauz (indiki Tovuz) Rayonunda rəngli sement istehsal edilirdi. 1912-ci ildə əsası qoyulmuşdur. Bəzi məlumatlara görə, layihə gücü ildə 4 min tona qədər sement olan zavodun tikintisi ilə Almaniyanın "Siemens" səhmdar cəmiyyəti məşğul olub . Əsas kapitalı 600 min rubl olan Tauz Zavodu Şirkətinin nizamnaməsi nominal dəyəri 100 rubl olan 6 min səhmə bölündü. hər biri 29 mart 1913-cü ildə ən yüksək səviyyədə təsdiq edilmişdir. Sement istehsalı müəssisəsinin tikintisi üçün yer təsadüfi seçilməmişdir - Tovuz rayonunun torpaqları Üst Təbaşir dövrünə aid olan əhəngdaşları ilə zəngindir (senoman əhəngdaşı-mergel təbəqələri adlanır), bu da öz növbəsində əla xammaldır. sement sənayesi üçün material.
Sərməst
Sərməst — İranın Kirmanşah ostanının Gilan Qərb şəhristanının Govar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,434 nəfər və 515 ailədən ibarət idi.
Məməşir (Marağa)
Məməşir (fars. ممه شير‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (8 ailə).
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Şəməsi döyüşü
Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi. == Döyüşdən əvvəl == Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu. == Döyüşün baş verməsi == Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı.
Dədə Şəmşir (film, 2002)
== Məzmun == Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.