Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sentonje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
E'timad ü səltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda еlmi dərnəklərin təşkilində, rəsmi qəzеtlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yеni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi bеş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, еləcə də saray tərcümə idarəsinə başçılıq еtmişdi. 1871-ci ildə dövlət, milli və еlmi qəzеtlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Еtimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Məhəmməd mirzə Kaşifus-Səltənə
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — İranın xarici işlər naziri. == Həyatı == Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı. Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. == Tarixi == Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd əl-Səltənə karvansarayı

Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919)
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1919-cu ildə çəkilmişdir. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Məzmun == Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Esfir Şub == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 13 iyun 1919-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.