Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bramsı sevirsiz? (roman)
Brahmsı sevirsiz? - Fransa yazıçısı Fransuaza Saqan tərəfindən 1959-cu ildə qələmə alınmış məhəbbət romanı. Romanlarında əsasən varlı adamların şəxsi həyatlarından bəhs edən Fransuaza Saqan bu romanında yetkin qadın və gənc oğlan arasında münasibətləri ələ alır. Romanda Parisdə ona tez-tez xəyanət edən sevgilisi Rocer ilə yaşayan Paulanın ABŞ-lı müştərisinin gənc oğlu Filip ilə yaşadığı münasibətlərdən söz açılır. Paula bu gəncə aşiq olur, amma ağlı başına gələn Rocer Paulanı təzdən qazanmaq üçün mübarizəyə girişir. == Film == Fransuaza Saqanın bu romanı əsasında 1961-ci ildə Anotele Litvak tərəfindən çəkilmişdir. Fransa-ABŞ istehsalı olan bu ağ-qara filmin rollarında İnqrid Berqman, Yves Montand və Antoni Perkins oynamışdılar. Filmin musiqisini Corc Auris bəstələmişdir 1961-ci ildə film Kann Film Festivalında ən yaxşı filmə namizəd olmuş və aktyor Antoni Perkins ən yaxşı aktyor seçilmişdir.
Ata yurdum, xoşbəxtliyim və sevincim
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.