İŞIQSIZ

sif.
1. İşığı olmayan, yaxud yaxşı işıq düşməyən. İşıqsız otaq.
// zərf İşıq olmadan, lampa yandırmadan; qaranlıqda. Niyə işıqsız oturmusan?
// məc. Cansız, həyat işartısı olmayan, ölgün, zəif. İşıqsız göz.
2. məc. Nadan, cahil, hüquqsuz, sevincsiz.
C. Məmmədquluzadə öz realist qələmi ilə Azərbaycan qadınlığının … işıqsız, yazıq və qul həyatını qüdrətlə təsvir etmişdir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞIQSIZ nadan — cahil — hüquqsuz
  • İŞIQSIZ 1. İŞIQSIZ [Bahadır:] Ancaq bu ulduz uzaq, soyuq və işıqsız olursa, təsəllidən çox qəlb ağrısı gətirir (R
İŞIQSEVƏN
İŞIQSIZLIQ

Digər lüğətlərdə