Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevindik Hətəmov
Hətəmov Sevindik Hacıağa oğlu (7 aprel 1961-ci il, Laçın rayonu, Güləbird kəndi) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Sevindik İsmayılzadə
Sevindik Ramil oğlu İsmayılzadə (30 noyabr 1998, Qara Nuru, Saatlı rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sevindik İsmayılzadə 30 noyabr 1998-ci ildə Saatlı rayon məcburi köçkünlər üçün salınmış Qaranuru kəndi 2 nömrəli çadır şəhərciyində dünyaya gəlmişdir. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. 2005-ci ildə Bakı şəhəri, Qaradağ rayon Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Burada 3 il təhsil aldıqdan sonra Füzuli rayon 49 nömrəli tam orta məktəbində təhsilini davam etdirərək, 9 illik orta təhsilini başa vurmuşdur. 2014-cü ildə ailə vəziyyəti ilə bağlı Biləsuvar rayon məcburi köçkünlər üçün salınmış Cəbrayıl şəhərciyinə köçmüşdür. O, burada təhsilini Çərəkən kənd Vahid İsmayılov adına tam orta məktəbində davam etdirmiş, daha sonra əvvəlki təhsil aldığı məktəbə qayıdaraq tam orta təhsilini tamamlamışdır. 24 iyul 2017-ci ildə Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə xidmətinə başlamışdır. Daha sonra Bakı şəhəri, Pirəkəşkül qəsəbəsində yerləşən N sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı vəzifəsini icra edərək xidmətinə davam etdirmişdir. O, burada olduğu müddətdə etdiyi xidmətinə görə fəxri fərmanla təltif edilmişdir.
Sevindik bəy Avşar
Sevindik bəy Əfşar (1468, Ağqoyunlu dövləti – 1562, Təbriz) — I Şah Təhmasibin qorçubaşısı. 1561-62-ci ildə vəfat etdiyi güman edilən Sevindik bəy hələ uşaq ikən Şah İsmayılın yanında olmuş və Şah Təhmasib dövründə qorçubaşı vəzifəsinə təyin edilmişdir. Hər iki hökmdar dövrünü əhatə edən uzun ömür sürən Sevindik bəyin vəfat edəndə yaşı 90-dan çox idi. == Həyatı == Sevindik bəy Əfşar elinin Teymurlu oymağındandır. Atası Səfəvilər dövlətinin qurucularından olmuşdu. Gənc yaşlarından orduda xidmət etmişdi. Sıravi əsgərdən qorçubaşı vəzifəsinədək yüksəlmişdi.1538-ci ildən 1562-ci ilədək qorçubaşısı olmuşdu. Sevindik bəy Əfşar I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. O, sarayda olurdu. Şahın yanında bir çox döyüşlərə qatılmışdı.
Sevindik bəy Əfşar
Sevindik bəy Əfşar (1468, Ağqoyunlu dövləti – 1562, Təbriz) — I Şah Təhmasibin qorçubaşısı. 1561-62-ci ildə vəfat etdiyi güman edilən Sevindik bəy hələ uşaq ikən Şah İsmayılın yanında olmuş və Şah Təhmasib dövründə qorçubaşı vəzifəsinə təyin edilmişdir. Hər iki hökmdar dövrünü əhatə edən uzun ömür sürən Sevindik bəyin vəfat edəndə yaşı 90-dan çox idi. == Həyatı == Sevindik bəy Əfşar elinin Teymurlu oymağındandır. Atası Səfəvilər dövlətinin qurucularından olmuşdu. Gənc yaşlarından orduda xidmət etmişdi. Sıravi əsgərdən qorçubaşı vəzifəsinədək yüksəlmişdi.1538-ci ildən 1562-ci ilədək qorçubaşısı olmuşdu. Sevindik bəy Əfşar I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. O, sarayda olurdu. Şahın yanında bir çox döyüşlərə qatılmışdı.
Ata yurdum, xoşbəxtliyim və sevincim
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Sevdim (albom)
Sevdim – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Vaqif Gərayzadənin əsərləri daxildir. Aygün Kazımova albomdakı "Sevdim", "Qəlbimin şəklini çək", "Tez gəl", "Uyma" mahnılarına klip çəkmişdir. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Sevdim" - albomdan yayımlanan ilk sinqldır. Klip çox böyük marağa səbəb olmuşdur. Azneft dairəsində aparılan çəkilişlər zamanı 10 dəqiqə ərzində yüzlərlə insan kadr arxasına toplanması ilə proses sürətləndirilmişdir. "Şəklimi çək" - adı çəkilən sinqlı ilk dəfə "Sevdim" klipinin təqdimat gecəsində Aygün Kazımova ifa etmişdir. Klip bir şantajçı qadın və sevgilisinin həyatından bəhs edir. Klipin rejissoru Ülviyyə Könüldür. Klip Azərbaycan tarixinin ən möhtəşəm kliplərindən biri hesab olunur.
Sevdim (mahnı)