Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rozika Şvimmer
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877, Budapeşt – 3 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur. Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır. 1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış, 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur. O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.
Henrix Himmler
Henrix Himmler (alm. Heinrich Luitpold Himmler‎; 7 oktyabr 1900[…], Münxen – 23 may 1945[…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinib. Himmler 7 oktyabr 1900-cü ildə Münhen şəhərində, müəllim ailəsində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə Alman Nasional Sosialist Fəhlə Partiyasına qəbul edilir və partiyanın rəhbərlərindən olan Qreqor Ştrasserin şəxsi katibi olur. Bir müddət sonra Bavariya federal əyalətində NSDAP-nin qaulayteri təyin edilir.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burunun kim tərəfindən adlandırılması məlum deyil. Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
Zimmer qalası
Zimmer qülləsi ( nid. Zimmertoren Zimmertoren, həmdə Kornelius Tower Corneliustoren ) - əvvəllər şəhər istehkamlarınndan biri olmuş, Lier şəhərində (Belçika) yerləşən, orta əsrlərə aid müdafiə qalası. Qüllə təxminən 1425-ci ildə tikilib (tikintinin dəqiq tarixi məlum deyil). 1812-ci ildə tikili şəhər rəhbərliyi tərəfindən satılmış, lakin Birinci Dünya Müharibəsindən sonra onu sökmək üçün geri alınmışdır. Ancaq 1928-ci ildə saatsaz Luis Zimmer şəhərə özünün düzəltdiyi yubiley saatını hədiyyə edir ( nid. Jubelklok Jubelklok ) əsərinin. Bu saat bütün qitələrdəki vaxtı , ayın fazalarını, Qabarma və çəkilmənin vaxtını və bir çox digər dövri hadisələri göstərirdi. Saatı köhnə qüllədə yerləşdirməyə qərar verdilər. Lakin qüllə bunun üçün əsaslı şəkildə yenidən qurulmalı idi.Saatsazın şərəfinə tikili Zimmer qülləsi adlandırıldı. Saatda 57 siferblat var (onlardan 13-ü qüllənin kənarında yerləşir).
Gavia immer
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Alisa Hers-Sommer
Alisa Hers-Sommer, həmçinin Alisa Sommer (26 noyabr 1903[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan – 23 fevral 2014[…], London) — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır. Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir. Hers 26 Noyabr 1906 cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur.Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir.Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi. Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı.Sonralar 1986-cı ilde Londona köçdü.Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir. Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.
Cucumis melo var. shimmam
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yozef fon Hammer-Purqştal
baron Yozef fon Hammer-Purqştal (alm. Joseph Freiherr von Hammer-Purgstall‎) və ya doğum adı ilə Yozef fon Hammer (alm. Joseph Freiherr von Hammer‎; 9 iyun 1774[…], Qras – 23 noyabr 1856[…], Vyana) — Avstriya şərqşünası, tarixçisi və diplomat. O, dövrünün ən bacarıqlı şərqşünaslarından biri hesab olunur. Hammer yunanları onların klassik irsi ilə eyniləşdirmək kimi filellenist cərəyanı izləmək əvəzinə öz dövrünün yunanlarını linqvistik və siyasi zəmində mədəni olaraq Şərqə mənsub hesab edirdi. Bu baxımdan o, XVIII əsrin sonlarına aid intellektual ənənəyə sadiq qaldığı görünür. Aḥmad ibn ʻAlī ibn Waḥshīyah, Ancient Alphabets and Hieroglyphic Characters Explained; With an Account of the Egyptian Priests, Their Classes, Initiation, and Sacrifices, ed. and trans. J. Hammer (London, 1806) Des osmanischen Reichs Staatsverfassung und Staatsverwaltung, dargestellt aus den Quellen seiner Grundgesetze (Vienna, 1815): vol. I, vol.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. Ələvi Bəktaşilik Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Şirmer testi
Şirmer testi (ing. Schirmers test) – gözdə quruluğu təyin etmək üçün təyin edilir. I və II testi vardır.