Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Divanyolu
Divanyolu — Osmanlı İmperiyasında istifadə edilən protokol yolu. Osmanlı sarayında toplanan Divanı Hümayuna gələn və gedən vəzirlər, elçilər, əsgərlər və digər idarəçilər buradan keçdiyi üçün "Divanyolu" deyilmişdir. Roma İmperatoru I Konstantin zamanında inşa edilərək İstanbulun əsas yolu olmuşdur. == Tarixi == Bütün tarix boyunca İstanbulun əsasını təşkil edən anayol, bu marşrut üzərində yerləşir. Antik dövrdə Trakyadan Bizantiuma gələn yolun, yəni Via Egnatianın şəhər içində qalan hissəsini təşkil edən bu prospekt, Roma və Bizans dövründə Mese, Osmanlı dövründə isə Divanyolu adlandırılmışdır. Tarixi yarımadanın tam ortasından keçir və şəhər sanki onun ətrafında şəkillənir. Antik dövrdə bu yol Ayasofya yaxınlığındakı Milion meydanınından başlayıb, Çemberlidaşın olduğu Constantinus Forumundan (Foros) keçərək Taurin Forumunda yəni günümüzün Bəyazid meydanına çatır. Osmanlı dövründə bu prospektə Divanyolu deyilməsinin səbəbi isə, Topqapı sarayında xüsusilə Fateh Sultan Mehmet dövründə hər gün keçirilən Divanı Hümayun (Padşahın və vəzirlərin qatıldığı günümüzün nazirlər heyəti konfransı olaraq xarakterik yığıncaq) sonrası vəzirlərin arabaları ilə bu yolu istifadə edərək Fatih və Ağsaraydakı iqamətgahlarına getməsidir. Bu yolu indiki vaxtda Yeniçərilər prospekti ilə Divanyolu prospekti meydana gətirir. 1957–1958-ci illər arasında dövrün hökuməti, Ordu küçəsini, Yeniçərilər küçəsini və Divanyolu küçəsinin genişləndirilməsinə qərar verir.
Samanyolu TV
Samanyolu TV — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış, Türkiyənin özəl televiziya kanallarından biri idi. Gülən Hərəkatının sahibi olduğu telekanalın, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra fəaliyyəti dayandırılmışdır. == Tarixçə == Samanyolu TV, 1993-cü ildə Türkiyədə təsis edilən ilk özəl telekanallardan biri idi. Interstar, Show TV, Flash TV, HBB və Kanal 6 telekanallarından sonra ölkənin altıncı özəl-ümumrespublika kanalı idi. 1996-cı ilin sentyabr ayının 25-də "Türksat 1C" peyki vasitəsilə Orta Asiyada da izlənməyə başladı. 1999-cu ildə "Eutelsat-2" peyki ilə əhatə dairəsi Avropa və Afrika ölkələrinə kimi genişləndi. 11 yanvar 2000-ci il tarixində, Azərbaycandakı studiyasında "STV Xəzər" adlı qardaş kanalı yayıma başladı. Telekanalın əsasən din təbliğatı ilə məşğul idi. Veriliş və seriallarının əksəriyyəti İslam dininin təbliğinə yönəlmişdi. 2013-cü il Gəzi parkı etirazlarında hökumətyönümlü xəbərlər yayımladığına görə etirazçılar tərəfindən boykot edilən telekanallardan biri olmuşdu.