MƏRGÜMÜŞ

Fars dilindən keçib, bizdə onun yerinə siçanotu işlədilib. Mərg (морг) bir çox dillərdə işlədilir və “öldürmək” (ölmək) anlayışı ilə bağlıdır. Müş (мыш, муш) sözü də çox dildə işlədilir, mənası “siçan”, “əzələ” deməkdir. Mərgümüş “si­çan öldürən” mənasını ifadə edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏRƏT
MƏRHUM
OBASTAN VİKİ
Darrıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Darıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Gədəbəy mis-mərgümüş yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Bittibulaq mis-mərgümüş yatağı
Bittibulaq mis-mərgümüş yatağı — Gədəbəy rayonunda yerləşən mis-mərgümüş yatağı == Haqqında == Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ — mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867–1914-cü illər ərzində alman firması "Siemens" tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3–12,7 ton qızıl, 120,6–126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10–18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. === Bittibulaq sahəsinin geoloji quruluşu === Bittibulaq sahəsinin yerləşdiyi Gədəbəy filiz rayonu Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir qalxımı ilə Daşkəsən çökəkliyinin təmas sahəsində yerləşmişdir. Bittibulaq sahəsinin geoloji quruluşunda iştirak edərək bazalt-andezit-dasit-riolit formasiyası geniş sahəni əhatə edir. Bu formasiya alt bayos bazalt-andezit və üst bayos dasit-riolit komplekslərinə bölünür. Dasit-riolit kompleksi yatağın mərkəzi və qərb cinahlarında geniş inkişafı ilə səciyyələnir.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı — Naxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.

Digər lüğətlərdə