Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. == Mənşəyi və yayılması == Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Silvinu Juan de Karvalyu
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Silvana
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Silviya
Silviya — ad. Silviya Popoviç — Serbiya voleybolçusu. Silviya Plat — Amerikalı şair və yazıçı. Silviya Rayt — futbolçu.DigərSilviya (park) — Qatçina muzey-qoruğunun tərkibinə daxil olan park.
Qəsrik (Silvanə)
Qəsrik (fars. ‎‎‎قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Silvain Andre
Silvain Andre (14 oktyabr 1992) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Silvain Andre Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Silvain Andre 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.917 saniyəlik nəticəsi ilə 11-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 32.004 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu.
Silvana Armenuliç
Silvana Armenuliç əsl adı Zilxa Baryaktareviç (serb. Silvana Armenulić 18 may 1939, Doboy – 10 oktyabr 1976) — Yuqoslaviya pop müğənnisi, xalq mahnılarının ifaçısı. Bacılarından ikisi də peşəkar müğənnilər idi: Mirsada "Miryana" Bayraktareviç və Hayrudina "Dina" Bayraktareviç. == Bioqrafiya == Zilxa Baryaktareviç 18 may 1939-cu ildə Doboy şəhərində müsəlman boşnakların böyük ailəsində anadan olmuşdur. Atası şirniyyatçı işləyirdi. Uşaqlıqdan Zilxa mahnı oxumağı çox sevirdi. Məktəbdə mandolin çalırdı. Professional müğənni olmağa qərar verəndə atası bu seçimi dəstəkləyir. On altı yaşında Sarayevoda xalasının yanına köçür. Burada barlarda mahnı oxumağa başlayır.
Silviya (park)
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park . "Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər. Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır. Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır.
Silviya Artola
Silviya Del Sokorro Artola Artola (5 aprel 1985) — Nikaraqualı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nikaraquanı təmsil edir. Silviya Artola dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Silviya Bosurqi
Silviya Bosurqi (17 aprel 1979, Messina, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. == Həyatı == Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Silviya Didon
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Didone
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. == Həyatı == 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Sevinç Muminova
Sevinç Muminova (özb. Sevinch Mo'minova, rus. Севинч Муминова) — Özbəkistan müğənnisi və aktrisası. == Həyatı == Sevinç Muminova 1982-ci ildə Özbəkistan SSR–in Fərqanə vilayətinin Altıarıq tumanında anadan olmuşdur. Hazırda həm Daşkənd, həm də Fərqanə şəhərində yaşayır. Anası milliyyətcə azərbaycanlı, atası isə milliyyətcə özbəkdir. Daşkənd Mədəniyyət İnstitutunun məzunudur. Repertuarı Azərbaycan mahnıları ilə zəngindir. ilə ailə həyatı qurmuşdur. 2008-ci ilin yay aylarında "Sevasan Meni" (Sevirsən məni) adlı mahnısının klipini Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində çəkdirmişdir.
Silvan Qoldman
Silvan Qoldman (15 noyabr 1898, Ardmor[d], Oklahoma – 25 noyabr 1984) — Amerikalı iş adamı və alış-veriş arabasının ixtiraçısı idi. Onun dizaynı dörd təkərli boruvari metal mötərizələrlə birləşdirilmiş bir cüt böyük tel zənbil idi. == Həyatı == Silvan Qoldman 1898-ci il noyabrın 15-də Amerikanın Oklahoma ştatının Ardmor şəhərində Latviyadan olan mühacir ailəsində anadan olub. Atası kiçik bir mağazanın sahibi idi. Oğlanın valideynləri varlı olmasalar da, kiçik oğlunu oxutmaq üçün heç bir xərc çəkmədilər. Silvan ilkin bilik yükünü kifayət qədər varlı valideynlərin uşaqlarını göndərdiyi özəl məktəbdə əldə etdi. Təhsil ocağı adi məktəblərdən fərqli olduğu üçün onun şagirdlərinə daha yüksək səviyyəli biliklər verilirdi. 16 yaşında Silvan ən dəhşətli hadisə ilə — Birinci Dünya Müharibəsi ilə üzləşməli oldu. Bir çox güclü cinsin nümayəndələri qohumlarını qorumaq üçün cəbhəyə getməyə məcbur oldular. Bu zaman gənc oğlan bir qalateriya mağazasını saxlamağa kömək etməli idi.
Silvan Şalom
Silvan Şalom (ivr. ‏ציון סילבן שלום‏‎; 4 avqust 1958, Qabes (Tunis)) — Likud partiyasından olub 1992-2015-ci illərdə Knessetin üzvü olan bir İsrail siyasətçisidir. Baş nazir müavini və Daxili İşlər Naziri olmaq üzrə bir sıra nazir vəzifələrini tutmuşdur. 24 dekabr 2015-ci ildə təcavüz iddialarından sonra istefa verdi. Daha sonra Baş prokuror bu istintaqı bağladı və bu iddiaların əsassız olduğunu bildirdi.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Silvia Toffano
Silvia Toffano (d. 5 yanvar 1985; Venesiya, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Silvia Toffano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. == Səbəblər == Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda,"[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Pavel Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. == Əfsanələr == === Susano tərəfindən tapılması === Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.