Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidiklik
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Simvolik antropologiya
== Simvolik antropologiyada simvollar anlayışı == Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Mangifera similis
Mangifera similis (lat. Mangifera similis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Melaleuca similis
Melaleuca similis (lat. Melaleuca similis) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Typhlodromips similis
Typhlodromips similis (lat. Typhlodromips similis) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips similis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Simvolik süni intellekt
Simvolik süni intellekt — süni intellekt tədqiqatının bütün metodları, vəzifələrin, məntiqlərin və axtarışların yüksək səviyyədə "simvolik" (insan tərəfindən oxunan) təqdimatına əsaslanan bir addır. Simvolik Sİ, 1950-ci illərin ortalarından 1980-ci illərin sonlarına qədər Sİ tədqiqatının dominant paradiqmasının əsasını təşkil edirdi. 1985-ci ildə Con Hoqland, süni intellekt araşdırmalarının nəticələrinin fəlsəfi əks olunmasına həsr olunmuş kitabında simvolik Sİ-ə GOFAI (ing. Good Old-Fashioned Artificial Intelligence Artificial Intelligence: The Very Idea adını verdi. Robot texnikasında oxşar termin GOFAIR ("robototexnika sahəsində köhnə süni intellekt") istifadə olunur. Simvolik AI-nin ən uğurlu forması istehsal qaydaları şəbəkəsini istifadə edən mütəxəssis sistemləridir. İstehsal qaydaları simvolları if-sonra operatoruna bənzər əlaqələrə birləşdirir. Bu qaydaları emal edən ekspert sistemi, məntiqi nəticələr çıxarır və əlavə məlumatların lazım olduğunu, yəni insan tərəfindən oxunan işarələrdən istifadə edərək hansı sualların verilməli olduğunu müəyyənləşdirir. == Tarixi == Süni intellektin yaranmasına simvolik yanaşma simvolların manipulyasiya yolu ilə zəkanın bir çox aspektinin başa düşülə və şərh oluna biləcəyi fərziyyəsinə əsaslanır. Bu fikir Newell-Simon hipotezinin əsasını təşkil etdi.
Yeni Şımıxlı
Yeni Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yeni Şıxımlı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə,v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi köhnə kəndin əsasında yarandığı üçün və köhnə kənddən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 247 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.