Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinekliz
Sinekliz - platforma əyalətlərinin ən iri mənfi strukturu; eni bir neçə 100 km-ə çatır; sahəsi 60-100 min. km2 arasında dəyişir; uzunsov, dartılmış və ya izometrik forma ilə səciyyələnir. Çökmə və vulkanogen - çökmə süxurların qalınlığı 3-5 km, bəzən hətta 8-10 km və daha çox olur. Sinekliz hududlarında platforma örtüyü süxurlarının yatımı sentriklinal tipli, qanadlarda olduqca az meyilli (bir neçə on dəqiqə) pilləli olur. Plitələrin ilkin başlıca elementi olub bir iri tektonik, adətən isə bir neçə tektonik tsikl ərzində inkişaf edir. Adətən sinekliz qalxım və çökəkliklərlə, sonuncu strukturlar isə öz növbəsində bənd və depressiyalarla mürəkkəbləşir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Qraben sinekliz
Qraben sinekliz-(rus. грабен-синеклиза, ing. graben-syneclise) sinklinal tipli uzunsov platforma strukturu. Böyüklüyünə görə qonşu antiklinal strukturlara nisbətən qırılmalar boyu düşmüş sineklizlə müqayisə edilə bilər. Q.-s. uzunluğu 500–1000 km, eni isə bir neçə 10 km-ə (bəzən 100–150 km) çatır.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
Ədib Şişəkli
Ədib əş-Şişəkli (ərəb. أديب الشيشكلي‎; 1909, Həma, Osmanlı Suriyası – 27 sentyabr 1964, Seris[d], Qoyas[d], Braziliya) — suriyalı dövlət və siyasi xadim, 1953-1954-cü illərdə Suriya prezidenti.
Doxsan səkliz
Doxsan səkkiz — say sistemində ədədlərdən biridir. Doxsan yeddidən sonra, doxsan doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Narıncı sinəli qızılquş
Narıncı sinəli qızılquş (lat. Falco deiroleucus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.