Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saleon
Saleon (fr. Saléon, oks. Saleon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05159. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Hélices Halter, pilotsuz uçuş aparatları üçün pervaneler istehsalında dünya lideridir.
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Plzen
Plzen (çex. Plzeň, alm. Pilsen‎) — Çexiyanın dördüncü böyük şəhəri. Plzen diyarının inzibati mərkizidir. Plzen şəhəri dörd çayın qovuşduğu yerdədir (Mje, Radbuza, Uqlava və Uslava). Bu dörd çay birlikdə Beroun çayını yaradır. Şəhərin əsası, 1292-ci ildə Çexiya kralı Vaslav II tərəfindən qoyulmuş, 1419-cu ildə isə qusitlərin mərkəzi olmuşdu.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Splin
Splin - Rusiyanın rok qrupudur. == Yaranma tarixi == 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də - Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır... 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar..Beləliklə, "Mitra" qrupu yaranır.. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur.. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər..1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir.. Orada da mahnılar yazmağa davam edir..Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.. 1993-cü ildə Vasilyevlə Morris Buff teatrında işləməyə başlayır, məhz burada da onlar pianist Nikolay Rostovskiy ilə 10000 tirajla yox olan "Pılnaya Bıl" albomunu doldururlar.. Bu zaman da Splin qrupu yaranmağa başlayır.. Bu zamanlar da elə gitarist Stas Berezovskiy və zərbçi Andrey Lısov tərkibə daxil olur..Bu heyətlə onlar 3 albom doldururlar : Коллекционер Оружия (1996), Фонарь Под Глазом (1997), Гранатовый Альбом (1998)...
Screen Rant
"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir."Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır.2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.
Silene compacta
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. == Yayılması == Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene hypanica
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. == Yayılması == Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene italica
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene multifida
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene saponaria
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. == Sinonim == Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Silene viscosa
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
Silene baccifera
Giləmeyvəli qoyunqulağı (lat. Silene baccifera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
Plzen diyarı
Plzen diyarı (çex. Plzeňský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Plzen şəhəridir. == Əhali == Plzen bölgəsinin əhalisi 570,401 nəfərdir (2011-ci il siyahıyaalınmasına əsasən), bu Çex Respublikası ümumi əhalisinin 5,47% -nə uyğundur. Bu sayın 30% sakinləri Plzen və ətraf şəhərlərdə yaşayır. Bölgədə az sayda əhalisi olan çox sayda yaşayış məntəqəsi var, yeganə böyük şəhər Çexiyanın dördüncü böyük şəhəri olan Plzen bölgəsinin inzibati mərkəzidir (164,000 əhali). Bölgənin qalan 46 şəhərində 367 min insan yaşayır. Əhalinin sıxlığı 1 kvadrat kilometrə 75.44 nəfərdir (ölkədə orta hesabla 1 kvadrat kilometrə 132.33 nəfər). Taxov (37.65) və Klatovi (44.21) bölgələrində əhalinin ən az sıxlığı. == İqtisadiyyat == Əsas mineral yataqları Pilsen yaxınlığında işlənir.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Solanum pleei
Solanum carolinense (lat. Solanum carolinense) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum carolinense f. albiflorum (Kuntze) Benke Solanum carolinense var. albiflorum Kuntze Solanum carolinense var. floridanum (Dunal) Chapm. Solanum carolinense var. pohlianum Dunal Solanum floridanum Raf.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Team Sleep
1994-cü İldə qurulmuşdur. Qrup üzvləri Çino Moreno (Deftones'un vokalı, gitara), Todd Wilkinson (gitara), Dj Crook, Zach Hill (Baraban) və Rick Verrett (bass). Team Sleep ilk olaraq Çino Moreno və Todd Wilkinson tərəfindən qurulmuşdur və daha sonra sırasıyla DJ Crook, Zach Hill və Rick Verrett qatılmışdır. == Diskoqrafiya == Team Sleep - 2005 Soundtreklər "Ataraxia" – 3:17 "Ever (Foreign Flag)" – 2:51 "Your Skull Is Red" – 3:41 "Princeton Review" – 5:09 "Blvd.
Şülgen
B-splayn əyriləri
Baza splayn əyriləri (ingl. B-Spline) dayaq nöqtələri poliqonundan keçən, aproksimasiya olunmuş əyridir (şəkil 1). B-splayn əyriləri lokal təyin olunurlar. Ona görə də, polinomun dərəcəsi nöqtələrin sayından asılı deyil. Polinomlar hissə-hissə rekkurent teoreminin köməyi ilə hesablanırlar. Bezye əyrisi Baza–splayn-əyrisinin xüsusi halı kimi baxılır. Bir çox üstün cəhətlərinə görə Baza-splayn-əyrisi müasir CAD sistemlərində əyrilərin və səthlərin təsvirində standart üsul kimi tətbiq olunur.Əyrinin riyazi təsviri belədir: X ( t ) = ∑ i = 0 n P i N k i ( t ) {\displaystyle X(t)=\sum _{i=0}^{n}\;P_{i}\,N^{k}{i}(t)} .Burada i indeksi N(t) funksiyasının başladığı düyün nöqtələrini göstərir. K B-splaynının dərəcəsi və N(t) splaynının yerləşdiyi intervalların sayını ifadə edir. Polinomun dərəcəsi p=k-1 kimi hesablanır. n aparıcı vektorun ən yüksək dərəcəsinə uyğun indeksdir.
Come on Eileen
Come On Eileen - Dexys Midnight Runners qrupu tərəfindən 1982-ci ildə çıxarılmış sinql. Mahnının musiqisi Kevin Rouland tərəfindən yazılmışdır. Mahnı Birləşmiş Krallıq hit paradlarında birinci yerə yüksəlmişdir.
Mareşal Pyer Silven
Mareşal Pyer Silven (fr. Sylvain Maréchal; 15 avqust 1750, Paris – 18 yanvar 1803, Monruj) - fransız materializmi və ateizminin plebey-demokratik qanadının nümayəndəsi. Mareşal təbiətin əbədi mövcudluğunu qəbul etmişdir. Onun yalnız konkret təzahürləri - "formaları" meydana gəlir və yox olur. Allah təbiətin sinonimidir. Qorxunun təsiri altında insanılar ali bir varlığı uydurmuş və ona təbiətin xassələrini vermişdir. Mareşalda ateizm ensklopedistlərə nisbətən daha ardıcıldır. İdrak haqqında təlimində sensualistdir.
Silene coeli-rosa
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. == Sinonimləri == Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr.
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. == Keçdiyi yerlər == Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. == Ölçüləri == Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
Albert Şpeer
Albert Şpeer (alm. Albert Speer‎; 19 mart 1905[…], Manhaym, Almaniya Federativ Respublikası – 1 sentyabr 1981[…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri. == Həyatı == Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir.
Şalen (En)
Şalen (fr. Chaleins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01075. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 31 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 38 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1165 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 807 nəfərin (15-64 yaş arasında) 645 nəfəri iqtisadi cəhətdən fəal, 162 nəfər hərəkətsiz (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 75.4%) idi. Fəaliyyət göstərən 645 sakindən 604 nəfər (323 kişi və 281 qadın), 41 nəfər işsizdir (19 kişi və 22 qadın).