ŞÜLƏN

Bu söz “Dədə Qorqud”da, Aşıq Ələsgərdə və s. mənbələrdə işlədilib. İndiki dillə desək, “banket”, “ziyafət” deməkdir. Əslində, xalqa verilən qonaqlıq olub, k­a­sıbları doydurmaq üçün onlara şadlıq məclisləri düzəldiblər. Qərb dialekt­lə­rində şülən əvəzinə, indi lejan kəlməsi işlədilir. Salyan rayonunda lej forması da mövcuddur. Qazaxda deyirlər: “Bostanda qarpız lejan olub”, yəni boldur, çoxdur. Şül sözü bol deməkdir, -ən şəkilçisi ehtimal ki, ərənlər sözündəki –“ən”lə eynidir, çoxluq bildirir. Belədirsə, şülən sözü “çox bol” mənasını verir (Şulan sözü adam adı kimi də işlədilir, görünür, “səxavətli”, “çörəkli” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞÜKUFƏ
ŞÜMŞAD

Digər lüğətlərdə

запина́ться исслюня́виться пересмотре́ть провозглаше́ние столпле́ние чувя́ки элати́в как говоря́т кривоши́п осетрово́дческий стрека́ться фотоэффе́кт hair-splitting imbarkation lay in learnedly lustrate mill offals steel engraving wamus именительный надвязывать оздоровительный палтус продырявиться