Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.
Susanlıq
Susanlıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Susanlıq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tədqiqatçılara görə, yaşayış məntəqəsini orta əsrlərdə, İranın Zuzan əyalətindən gəlmiş Azərbaycan ailələri salmışlar. Oykonim "Zuzandan gələnlər, zuzanlı" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Susanlıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sumaylı
Sumaylı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Subaylar Günü
Subaylar Günü (çin. 光棍节) — yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün. Hər il 11 noyabr tarixində qeyd edilir. == Tarixi == Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib. == Alış-veriş == Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir.
Sucaqlıq zəravəndi
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Sutaylı oymağı
Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir. Cəlayirilər və Çobanilər kimi digər Elxanlılardan sonrakı Monqol imperiyası sülalələrindəndir, Börçigin sülaləsi ilə də evlilik yolu ilə qohumuydular. Emir Sutay Hülakü xanın oğlu Məngu Teymurun kürəkəni idi. Onların əsas hökmdarlıq sahəsi cənubda Cizirədən şimalda Ərzuruma qədər dəyişirdi. == Tayfanın tarixi == Sutaylı oymağı öz adını Əmir Sutay noyondan alıb. O, Elxanlı dövlətinin hakimi Sultan Əbu Səid Bahadur xanın əmiri idi. Qaratatar (Koin tatar) ulusuna mənsub idi. Sutaylı oymağı Barambaylı və Tuğaylı tayfalarına bölünürdü. Sutaylı oymağının nümayəndələri paytaxtı Diyarbəkir olmaqla bir bəylik yaratmışdılar.