Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sudağılan
Mingəçevir kilsə kompleksi – 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir. Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir. == Kompleksə daxil olan tikililər == === 1 №-li məbəd === Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir. Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır. Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir. G. Məmmədova isə qeyd edir ki, “burdan belə nəticəyə gəlmək olar ki, bu bina altarı qərb tərəfdə yerləşən politeist məbədinin binasıdır.” Cənubi Qafqazda altarı qərb divarında yerləşən politeist bazilikalarının başqa nümunələrinə də rast gəlinmişdir.Yaşayış yerinin III əsrdə formalaşması, Qafqaz Albaniyasında xristianlığın IV əsrdə dövlət dini kimi qəbul edilməsini nəzərə alan R.M.Vahidov 1 №-li məbədi IV-V əsrlərə aid edir.
Suaşıran
Suaşıran — axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da suaşıran adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq, hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq olunur. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi profilli və enli astanalı, məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. suaşıranlar var. Suyun axıb tökülmə şəraitinə görə suaşıranlar vakuumlu, vakuumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.
Sudağılan yaşayış yeri
Sudağılan və ya Şəhəryeri № 2— III–XIII əsrlərə aid yaşayış məntəqəsi və Mingəçevir şəhərində, Kür çayının sol sahilində, eyni yerdə yerləşən qəbiristanlıq. 1946–1953-cü illərdəki arxeoloji qazıntılar zamanı Sudağılanda erkən feodalizm dövrünə aid zəngin bir arxeoloji kompleks — alban yazısı olan məişət quruluşları və xristian kilsələri, Sasanilər və Ərəb sikkələrindən ibarət sikkələrin xəzinələri aşkar edilmişdir. Qazıntılar S. M. Qazıyevin rəhbərliyi ilə Azərbaycan Tarixi Muzeyinin ekspedisiyası tərəfindən aparılmışdır. Yaşayış məntəqəsində dulusçuluq sobaları, yaxınlıqdakı qəbiristanlıq ərazisindəki qablar və taxta qəbirlər, xristian məzarlığı və katakombalar aşkar edilmişdir. Demək olar ki, qəsəbənin mərkəzində məbəd quruluşlarına bitişik tikililər kompleksini təmsil edən bir türbə vardı. Qəbir istehkamı eni 3,5 m-dən çox olan kütləvi istinadgah divarları idi. Hər bir divarın bir hissəsi 72 m uzunluğa qədər açıldı. Qəsəbə əhalisi əsasən əkinçiliklə məşğul idi. == Yerləşməsi == Şimal tərəfdə Sudağılan, R. M. Vahidovun fərziyyələrinə görə, orta əsrlərdə yağış axınlarının eroziyası nəticəsində əmələ gəlmiş kiçik bir dik bir dərəyə qoşulur. Şərqdən, yaşayış məntəqəsi Bozdağ silsiləsinin qollarından biri olan Qaradağ dağı ilə məhdudlaşır.
Çarmıx daşıyan İsa
Çarmıx daşıyan İsa holland rəssamı İeronim Bosxun 1480-ci illərdə çəkdiyi rəsm əsridir. İsaya edam günü öz çarmıxının daşıdılması hadisəsindən bəhs edir. Hal-hazırda Vyana şəhərində yerlşən Vyana İncəsənət Tarixi Muzeyində saxlanılır.
Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər. LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur.
Çarmıx daşıyan İsa (rəsm əsəri)
Çarmıx daşıyan İsa holland rəssamı İeronim Bosxun 1480-ci illərdə çəkdiyi rəsm əsridir. İsaya edam günü öz çarmıxının daşıdılması hadisəsindən bəhs edir. Hal-hazırda Vyana şəhərində yerlşən Vyana İncəsənət Tarixi Muzeyində saxlanılır.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır. == Tarixi == Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. === Sovet dövrü === 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.