Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Supermen
Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və videooyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur. Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır.Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. Uşaq vaxtlarından o, super insan qabiliyyətləri nümayiş etdirmiş, böyüdükdən sonra isə bu qabiliyyətləri insanlığın gələcəyi üçün istifadə etmiş və buna görə də Supermen (azərb. Super adam‎) kimi tanınmışdır.
Supermen (personaj)

Dəniz Supermeni və Eynəkli
Dəniz Supermeni və Eynəkli (ing. Mermaid Man and Barnacle Boy — hərfən Dəniz Adamı və Molyusk Oğlan) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının obrazlarından biri. Dənizdə yeganə super qəhrəmanlardır. Multiplikator və dəniz bioloqu olan, eyni zamanda cizgi serialının yaradıcısı olan Stiven Hillenberq tərəfindən uydurulmuş obrazlardır. Originalda Dəniz Supermenini Ernest Borqnayn, Eynəklini isə Tim Konuey səsləndirir. = Haqqında = Dəniz Supermeni və Eynəkli su (dəniz) altında yaşayan yeganə super qəhrəmanlardır. Uydurma şəhər olan Bikini Bottomda yaşayırlar. əvvəlcə ABŞ-də yaşayan sıradan insanlar olmuşlar. Sonradan qəza nəticəsində suya düşmüş, ancaq suda nəfəs almağı bacarmışlar. Vaxtı ilə onların qəhrəmanlıqları haqqında "Dəniz Supermeni və Eynəklinin macəraları" adlı teleserial çəkilmişdir.
Betmen Supermenə qarşı: Ədalət şəfəqində
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Aquaman, Sayborq və Fləş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (film, 2016)

Supermini
Supermini, Kiçik kateqoriyalı avtomobil və ya Avropada B seqmenti, ümumiyyətlə 3700 ilə 4099 mm arasında uzunluğa malik olan, avadanlıq baxımından zəif təchiz olunmuş, nisbətən aşağı keyfiyyətə malik və performans baxımından çox da uğurlu olmayan giriş modelləridir. Son zamanlar Mini Classın meydana çıxması ilə kiçik sinif avtomobillər yavaş-yavaş böyüməyə başlamış və onlar aşağı kiçik sinif və yuxarı kiçik sinif olaraq ikiyə bölünmüşdürlər. Supermini sedanlarda yaxşı ailə avtomobili, SW-lərdə geniş salon və idman hetçbeklərində təsirli çeviklik təklif edə bilər.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Superion materiallar
Superionlar bərk elektrolitlər sinfinə aid olan yüksək keçiriciliyə malik ion birləşmələridir. Bu maddələr otaq temperaturunda maye elektrolitlərin və ya ərimiş duzların keçiriciliyinə bərabər yüksək elektrik keçiriciliyinə malikdirlər (10−1 — 10−3 Ом−1.см−1), buna səbəb ionların kristallik qəfəsdə yerdəyişməsinin mümkünlüyüdür. Ion keçiriciliyi bu birləçmələrdə müxtəlif- bir, iki, üç valentli kationların (Ag+, Cu+, Li+, Na+, K+, Rb+, Tl+, Cs+, Ca2+, Zn2+, Mg2+, Pb2+, Al3+, Sc3+, Ce3+, Eu3+) və anionların (F-, Cl-, Br-, O2-, S2-) yerdəyişməsi ilə baş verir. Bu materiallar arasında bəzən yük daşimaqda aktiv olan iki və üc növ ionlar, hətta qarışıq- ion və elektron keçiriciliyi mövcuddur. Superin kristalların kristallik qəfəsində bir və ya bir neçə növ atomlar üçün uzaq nizamlılıq pozulmuş olur, ona görə də bu birləşmələrin kristal qəfəsi defektli sayılır. Bununla yanaşı, qəfəsdə olan daha energetik kimyəvi əlaqəli digər atomlar üçün bu nizamlılıq gözlənilir, bu alt qəfəs — sərt alt qəfəs adlanır. Superion halına gətirib çıxaran defektlərin xarakterindən asılı olaraq 3 tip superion materiallar mövcuddur: I tip kristallar alt qəfəslərdən birində nizamlılığın pozulması mövcud olan kimyəvi tərkibi isə stabil qalan maddələrhesab olunur. Belə materiallara misal AgI göstərilə bilər. Bu maddələrin kristal qəfəsində nizamlılığın pozulması Ag alt qəfəsində baş verir. AgI kristallarının 1470С qızması zamanı ilk dəfə olaraq ion keçiriciliyinin kəskin (bir neçə min dəfə) artdığı müşahidə olunur.
Fransua Kuperen
Fransua Kuperen (fr. François Couperin; 10 noyabr 1668[…], Paris – 11 sentyabr 1733[…], Paris) — Fransalı bəstakar.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Süpürgən (Urmiya)
Süpürgən (fars. سپورغان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (71 ailə).
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Hisar-i Süpürgən (Urmiya)
Hisar-i Süpürgən (fars. حصارسپورغان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (45 ailə).