Supermen
Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və videooyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur. Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır.
Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. Uşaq vaxtlarından o, super insan qabiliyyətləri nümayiş etdirmiş, böyüdükdən sonra isə bu qabiliyyətləri insanlığın gələcəyi üçün istifadə etmiş və buna görə də Supermen (azərb.