Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağcaqayın yarpağı
Ağcaqayın yarpağı — əsasən Kanadanın əsas simvolu kimi tanınan, ağcaqayın ağacının veqatativ orqanı. == Kanadanın simvolu kimi == Kanada 70-dən çox ağcaqayın növü bitir. XVIII əsrin sonlarında Kanadanın Yeni Fransa bölgəsinin əhalisi 18.000-ə çatmışdı. O zamandan başlayaraq Müqəddəs Lavrenti çayı boyunca yaşayan fransız kanadalıları ağcaqayın yarpağından simvolları kimi istifadə etməyə başlamışlar. Getdikcə məşhurlaşan simvol 1834-cü ildə Sent-Cin-Baptiste Cəmiyyətinin iclasında qurumun simvolu seçilmişdir. Monrealın ilk valisi Cek Viger ağcaqayın yarpağını "Meşənin kralı" və "Kanada insanın simvolu" adlandırmışdı. Birinci və ikinci dünya müharibələrində bu simvol Kanada əsgərlərinin geyimlərində istifadə olunmuşdur. Daha sonra Kanada baş naziri simvolun bayraqda istifadə olunmasını təklif etmişdir. 1965-ci ildə II Elizabet ağcaqayın yarpağının Kanada bayrağına əlavə olunacağını elan etmişdir. Amma rəsmi olaraq Kanadanın simvolu kimi 25 aprel 1996-cı ildə qəbul olunmuşdur.
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. == Xalq təbabəti == Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Dəfnə yarpağı
Dəfnə yarpağı — yeməkdə ot kimi istifadə edilən aromatik yarpaq. Tam, qurudulmuş və ya təzə istifadə edilə bilər, bu zaman yarpaq istifadədən əvvəl qabdan çıxarılır və ya üyüdülmüş formada daha az istifadə olunur. Dəfnə yarpağının yeməyə verdiyi ləzzət hamılıqla razılaşdırılmayıb, lakin əksəriyyət bunun incə bir əlavə olduğunu qəbul edir.
Xrizantema yarpağı (film, 1989)
== Məzmun == Müəlliflər həyatın mənası, məhəbbət və ölüm haqqında söhbət açan bu kino əsərini lakonik, emosional ekspressiv bədii vasitələrlə yaratmışlar. Burada fikir, təsvir və səs bütöv bir informasiya axınına çevrilir. Lakin bu informasiya düşünməkdən daha çox hiss etmək, həyəcan keçirmək, həmdərd olmaq üçündür... == Film haqqında == Film üç misralı yapon şerinin motivləri əsasında çəkilmişdir. Animasiya filmində ənənəvi yapon musiqisindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Yelena Qolubeva Quruluşçu rəssamlar: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Kamal Seyidov Cizgi rəssamları: Viktor Arsentyev, Yelena Qolubeva, Bəhmən Əliyev, Vahid Talıbov Rəssamlar: A.Əliyev, Y.Bekker, Tamilla Əsgərova, İ.Kojokina, A.Bəşirov, Lalə Məmmədova, Ruhsanə Topçuyeva, Firəngiz Quliyeva, Xuraman Əkbərova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Dilarə Balaxanova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Şeirlərin tərcüməsi: Vera Markova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Xrizantema yarpağı (cizgi filmi, 1989)