tənbehedici
tənbəl
OBASTAN VİKİ
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.
Tənbəki qəlyan
Boru tütün çəkmək üçün istifadə edilən ağac, daş, metal, şüşə və gil kimi materiallardan hazırlanmış cihazdır . Hal-hazırda, adətən briar və ya lülə ağacı kimi materiallardan hazırlanır. Yaxşı bir əl istehsalı boru olduqca yüksək qiymətə sahib ola bilər. Borularda müəyyən rütubətə malik xüsusi qarışdırılmış tütün qarışıqları istifadə olunur. == Struktur == Ənənəvi boru tütünün alovlandığı yanma kamerasından və ebonit və ya oxşar materiallardan hazırlanmış ağızdan ibarətdir. Klassik boruda, yanma zamanı yaranan su buxarını kondensasiya etmək və tüstünü bir qədər sərinləmək üçün ağızlığın boru gövdəsinə qoşulduğu hissənin sonunda adətən alüminiumdan və ya misdən hazırlanmış filtr elementi var. İndiki borularda kondensatorlar yerinə taxta və ya karton qapaqlı balza ağacından hazırlanmış və tərkibində aktivləşdirilmiş karbon olan filtrlər istifadə olunur. Bu tip filtrlər borunun quruluşundan asılı olaraq 4-9 mm qalınlığında və 30-35 mm uzunluqda istehsal olunur. Aktivləşdirilmiş karbon və ya balza filtrlərinin istifadəsi tütün çəkməyin sağlamlığa mənfi təsirlərini bir qədər azaldır. Balsa filtrləri təxminən 90% qoruma təmin edir və bu filtrə daha çox üstünlük verilir.

Digər lüğətlərdə