Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La Stampa
La Stampa — 1867-ci ildə yaranan İtaliya qəzeti.
Samuy adası
Samuy adası (tay เกาะสมุย) — Sakit okeana daxil olan Siam körfəzində yerləşən ada. İnzibati baxımdan Taylandın Surattani vilayəti ərazisinə daxildir. Taylandda Pxuket adasından sobra ikinci ən böyük adadır. Adanın sahəsi 228,7 km², maksimal hündürlüyü isə 635 metr təşkil edir. Məşhur turizm mərkəzlərindən hesab edilir. Banqkokdan 700, Taylandın şərq sahillərindən isə 40 km məsafədə yerləşir. Ada özünün təbii gözəlikləri ilə seçilir. Burada çimərliklər, mərcan rifləri və kakos palmaları üdtünlük təşkil edir. 2008-ci ilin iyununda ada ayrıca bir inzibati vahidlik statusu almışdır. Əvvəllər isə Surattxani şəhərinin inzibati vahidliyinə daxil idi.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Sway (mahnı)
Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır. Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir. == Fərqlənən və yadda qalan ifalar == 1953 – Pablo Beltrán Y Su Orchestra 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185, 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6 1954 – Olavi Virta (fin dilində) 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu 1963 – Kliff Riçard, "When In Spain" albomu 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində) 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində) 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində) 2003 – Maykl Buble, 2004 – Pussycat Dolls, Shall We Dance?
Şampye
Şampye (fr. Champier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38069. Kommunanın 1999-cu il üçün əhalisi 967 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 470 ilə 631 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.