Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tövbə
Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır. Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
Tövbə surəsi
9-cu surə ət-Tovbə (Tövbə) surəsi (Mədinədə nazil olmuşdur, 129 ayədir) Bu surə Quranın "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamayan yeganə surəsidir. 1 (Bu,) Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır. 2 Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki,siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. 3 (Bu,) Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz,bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz,bilin ki,siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ. 4 Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. On-larla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
Tövbə (dəqiqləşdirmə)
Tövbə bu mənaları verə bilər:
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Tövbə (film,1984)
Tövbə (gürc. მონანიება) — Sovet-gürcü bədii filmi, psixoloji dram. Gürcüstan-filmin istehsalı, rejissor Tengiz Abuladze tərəfindən 1984-cü ildə çəkilmişdir. Film 1987-ci ildə Kann Film Festivalında Qran Pri almışdır. SSRİ-də yenidənqurma başlamazdan əvvəl çəkilmiş bu film 1987-ci ilin yanvarında prokata buraxıldı və demək olar ki, dərhal sovet kinosu üçün əlamətdar oldu. 1988-ci ildə film ən yaxşı film də daxil olmaqla altı nominasiya üzrə Nika mükafatına layiq görülüb. Rejissor trilogiyasında üçüncü filmdir ("Dua" – "Arzu ağacı" – "Tövbə"). == Süjet == Müəyyən bir şəhərdə şəhərin keçmiş meri Varlam Aravidze dəfn olunur. Səhər onun cəsədi oğlu Habilin zəngin evində tapılır. Meyit yenidən basdırılır, lakin səhərisi gün yenidən qazılır.
Tövbə (film, 1984)
Tövbə (gürc. მონანიება) — Sovet-gürcü bədii filmi, psixoloji dram. Gürcüstan-filmin istehsalı, rejissor Tengiz Abuladze tərəfindən 1984-cü ildə çəkilmişdir. Film 1987-ci ildə Kann Film Festivalında Qran Pri almışdır. SSRİ-də yenidənqurma başlamazdan əvvəl çəkilmiş bu film 1987-ci ilin yanvarında prokata buraxıldı və demək olar ki, dərhal sovet kinosu üçün əlamətdar oldu. 1988-ci ildə film ən yaxşı film də daxil olmaqla altı nominasiya üzrə Nika mükafatına layiq görülüb. Rejissor trilogiyasında üçüncü filmdir ("Dua" – "Arzu ağacı" – "Tövbə"). == Süjet == Müəyyən bir şəhərdə şəhərin keçmiş meri Varlam Aravidze dəfn olunur. Səhər onun cəsədi oğlu Habilin zəngin evində tapılır. Meyit yenidən basdırılır, lakin səhərisi gün yenidən qazılır.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) == Əl-İxlas surəsi və onun qiraət özəllikləri == === Nazil olunması, Qur’anda (tərtibi baxımdan) yeri, özəllikləri === Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452]. Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. === Məkkə, yaxud Mədinə surəsi? === Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (?
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.
Tobin vergisi
Tobin vergisi (ing. Tobin tax) — 1978-ci ildə Nobel mükafatı laureatı Ceyms Tobin tərəfindən kapitalın miqrasiyasına nəzarət etmək, valyuta bazarlarında “həddindən artıq səmərəliliyi azaltmaq” və qiymətli kağızlar bazarında dalğalanmaları azaltmaq vasitəsi kimi təklif edilən spot valyuta əməliyyatlarına vergi. Valyuta əməliyyatlarının vergiyə cəlb edilməsinə alternativ bank haqqıdır. Xüsusilə, Almaniyada maliyyə böhranı ilə əlaqədar 2007-ci ildə tətbiq edildi və 2010-cu ildən maliyyə xidmətləri təminatçıları və kredit təşkilatları tərəfindən ödənilir. Rüsum maliyyə sektorunda kredit və ticarət əməliyyatlarının sistem riski ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub. == Tarixi == Yel Universitetinin professoru Ceyms Tobinin orijinal ideyası Şərq İqtisadi Assosiasiyasının 1978-ci ildə Vaşinqtonda keçirilən konfransındakı çıxışında təqdim edilmiş və “Valyuta İslahatına dair Təklif” məqaləsində dərc edilmişdir. Onun təklifi valyuta bazarında spot əməliyyatlar üzrə vahid beynəlxalq verginin tətbiqi olub. Tobin vergisi qısamüddətli kapitalın transsərhəd miqrasiyasını məhdudlaşdırmalı idi. Əvvəlcə Tobin vergi dərəcəsinin 1% civarında ola biləcəyini düşünürdü, lakin sonradan onu 0,1-0,25%-ə endirdi. Xarici valyuta əməliyyatlarının vergiyə cəlb edilməsi, Tobinə görə, iki nəticə verməli idi.
Tovin (Miyanə)
Tovin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (27 ailə).
Tobi Maquayr
Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire, 27 iyun 1975) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin Hörümçək-adam filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan Hörümçək-adam: Evə yol yoxdur filmində rolunu yenidən canlandırıb. == Həyatı və ailəsi == Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib. Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub. Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu. Hollivud ulduzu Tobey Maguire kinoda debütunu "Bu oğlanın həyatı" dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
Tobi adası
Tobi adası (Hoteoxobey) (ing. Tobi) — Palau adalarının tərkibinə daxil olan ada Sakit okeanın qərbində yerləşir. Helen və Tranzit rifləri ilə birlikdə Xatoxobey ştatını əmələ gətirir. Adanın sahəsi 60 ha-dır. Burada 30 nəfər (2005) yaşayır ki, onunda böyük hissəsi adanın qərbində yaşayır. Yeganə yaşayış məntəqəsi Xatoxobey kəndidir. Maksimal hündürlüyü 3 m, uzunluğu 1,6 km, eni 0,8 km-dir.
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Triin Tobi
Triin Tobi (3 iyun 1995 Tartu, Estoniya) — Estoniyalı dağ-xizək idmançısı. Triin Tobi Estoniyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Triin Tobi birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Tobi 3:09.17 saniyəlik nəticəsi ilə 90 atlet arasında 61-ci yeri tutdu.
Lovis Tovi Yeqoroviç
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.