TÖVBƏ

is. [ ər. ] Etdiyi pis əməldən peşman olub bu işi daha etməyəcəyinə söz vermə, əhd etmə.
[Camaat:] [Hacının] tövbəsi bizə lazım deyil. Ə.Haqverdiyev.

// Bəzən nida məqamında işlənir.
[Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə, tövbə! M.F.Axundzadə.

// din. Günah və qəbahətlərindən əl çəkib, Allaha üz tutaraq bir daha etməyəcəyinə söz vermə.
[Xanım] …qarşısında sönük işıq yanan İsanın təsvirinə yanaşdı, dizi üstə düşüb tövbəyə başladı. Çəmənzəminli.

□ Tövbə etmək (qılmaq)1) din. günahlarından peşman olub, bir daha onları təkrar etməyəcəyinə söz vermək, and içmək:
2) təqsirlərini boynuna alıb, daha təkrar etməyəcəyinə söz vermək, and içmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı.
Tövbə eləyib üzr istədi. Ə.Vəliyev.
[Ehtişami Azərə:] Son dəfə təklif edirəm, tövbə et, Azər, tövbə etsən, boş vəzir özü bura gəlib, günahından keçəcək! Ə.Məmmədxanlı;

3) tərgitmək, əl çəkmək.
Mən qumarı tövbə etmişəm. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÖVBƏ and
  • TÖVBƏ peşmanlıq — təəssüf
  • TÖVBƏ TÖVBƏ (etdiyi pis əməldən peşman olub bu işi təkrar etməyəcəyinə söz vermə) [Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soy
TÖSBƏRƏK
TÖVBƏLƏTMƏ
OBASTAN VİKİ
Tövbə
Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır. Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
Tövbə surəsi
9-cu surə ət-Tovbə (Tövbə) surəsi (Mədinədə nazil olmuşdur, 129 ayədir) Bu surə Quranın "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamayan yeganə surəsidir. 1 (Bu,) Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır. 2 Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki,siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. 3 (Bu,) Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Alla-hın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz,bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz,bilin ki,siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ. 4 Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. On-larla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
Tövbə (dəqiqləşdirmə)
Tövbə bu mənaları verə bilər:
Tövbə (film,1984)
Tövbə (gürc. მონანიება) — Sovet-gürcü bədii filmi, psixoloji dram. Gürcüstan-filmin istehsalı, rejissor Tengiz Abuladze tərəfindən 1984-cü ildə çəkilmişdir. Film 1987-ci ildə Kann Film Festivalında Qran Pri almışdır. SSRİ-də yenidənqurma başlamazdan əvvəl çəkilmiş bu film 1987-ci ilin yanvarında prokata buraxıldı və demək olar ki, dərhal sovet kinosu üçün əlamətdar oldu. 1988-ci ildə film ən yaxşı film də daxil olmaqla altı nominasiya üzrə Nika mükafatına layiq görülüb. Rejissor trilogiyasında üçüncü filmdir ("Dua" – "Arzu ağacı" – "Tövbə"). Müəyyən bir şəhərdə şəhərin keçmiş meri Varlam Aravidze dəfn olunur. Səhər onun cəsədi oğlu Habilin zəngin evində tapılır. Meyit yenidən basdırılır, lakin səhərisi gün yenidən qazılır.
Tövbə (film, 1984)

Saturnun tövbəsi (roman)
Tövbələr olsun (serial, 2020)
Tövbələr olsun (türk. Tövbeler olsun) — 9 avqust 2020 tarixində başlayan və 25 mart 2021-ci ildə bitən Türkiyə istehsalı komediya serialıdır. İşində bacarıqlı, ancaq həddən ziyadə pinti olan ləl-cəvahirat istehsalçısı və eyni zamanda, Horanta Holdinqin sədri olan Namzet Horantanın pintilikdən comərdliyə doğru olan yolundan bəhs edir. Bu dəyişiklik sırasında "xətmi gülüm" dediyi həyat yoldaşı Lətifənin və oğulları Sinanla Buğranın da dəyişdiyini hiss etdirir.
Tövbələr olsun (teleserial, 2020)

Digər lüğətlərdə