Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.
Tualet Tarixi Muzeyi
Tualet Tarixi Muzeyi (ukr. Музей історії туалету) – Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən muzey. Muzey tualet mədəniyyətinin tarixinə həsr olunub. 5 sentyabr 2007-ci ildə açılıb. Muzeydə 5000 il əvvələ aid olan tualet nümunələri, Leonardo da Vinçi tərəfindən ixtira olunmuş tualet, 580 digər eksponatı görmək mümkündür. Kolleksiyaya şüşə, taxta, plastik, metal, badam xəmirindən hazırlanmış suvenirlər daxildir. Muzey dünyada ən böyük tualet suvenirləri kolleksiyasına malik olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.
Ümumdünya Tualet Günü
Ümumdünya Tualet Günü — dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilən əlamətdar gün. Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən qeyd edilir. Belə ki, BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.
TOTO Tualet Muzeyi
Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu) – Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. == Tarixi == "Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır. Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir. == Xüsusiyyətlər == Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.
Sulab Beynəlxalq Tualet Muzeyi
Sulab Beynəlxalq Tualet Muzeyi (ing. Sulabh International Museum of Toilets) — Hindistanın Yeni Dehli şəhərində muzey. == Tarixi == Muzeyin təməli 1992-ci ildə hind sosioloqu Bindeşvar Pathakın təşəbbüsü ilə qoyulmuşdur. == Eksponatları == Muzey Almaniya, Çin, Fransa, Belçika və Yunanıstandan gətirilən nümunələr əsasında təşkil olunmuşdur. == Uğurları == Muzey dünya ölkələri tərəfindən xüsusi mükafatlara layiq görülüb.