Set Qodin
Set Qodin (ing. Seth Godin; 10 iyul 1960) — Amerikalı yazıçı və sabiq dot-com biznes icraçısıdır.
Dünyanın hər bir yerində yayılan ən çox satılanlar siyahısında yer alan kitablara sahib olan yazıçı Qodin, adətən marketinq, iş dünyası, şəxsi-inkişafa dair kitabların müəllifidir. 33’lər qrupu adlı kitabı, bir çox menecerin və iş adamlarının ortaq düşüncələrindən meydana gəlmiş olan, yazıçının günümüzədək ən çox satmış olan kitabıdır.
== Həyatı ==
Qodinin keçmişinə baxıldığı zaman, yazıçının ən sevdiyi əyləncəsinin babasının ona aldığı radio olduğu görünməkdədir. Qodin, simsiz rabitə ilə əlaqə qura bilmənin “imkansız” olduğunu fikirləşirdi. Qodin 1982-ci ildə Tufts universitetinin kompüter və fəlsəfə sahəsindən məzun oldu. Bu tarixdən sonra davamlı olaraq vacib təşəbbüslərə addım atan Qodin bir müddət sonra kitablarını yazmağa başladı.
== Biznes fəaliyyəti ==
1986-cı ildə Spinnaker-dən ayrıldıqdan sonra o, Nyu-Yorkda Seth Qodin Productions-ı 20.000 dollar dəyərində yatırım ilə əvvəlcə kitab paketləmə biznesinə başladı. Sonra Mark Hurst ilə birlikdə Yoyodyne'yi qurdu.