Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013 -cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. == Süjet xətti == Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.
Tuikenem stadionu
Tuikenem stadionu (Twickenham, ya da Twickers deyilir) — Londonda futbol stadionu. İngiltərədə olan ən böyük reqbi birliyi stadionudur. Stadionun təməli 1907-ci ildə qoyulmuş, açılışı isə 1909-cu ildə olmuşdur. Stadionun tutumu sonuncu genişləndirmə ilə birlikdə 82000-ə çatıb və bununla da Uemblidən sonra İngiltərənin ikinci böyük stadionudur.
Tübənqe Əbdrəş (Əbyəlil)
Tübənqe Əbdrəş kəndi (başq. Түбәнге Әбдрәш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tübənqe Əbdrəş kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 58 km., kənd sovetliyindən (Alməhəmməd): 8 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası):12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.