Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tülküquyruğu
Tülküquyruq (lat. Alopecurus) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Hər iki yarımkürənin mülayim və soyuq qurşaqlarında, tropiklərin dağlıq ölkələrində 50-dək növü yayılıb. Çiçək qrupu sıx sünbüldür. Meyvəsi dənmeyvədir. Hamar tülküquyruq (Alopecurus aequalis Sobol.) Alopecurus arundinaceus Alopecurus myosuroides Alopecurus geniculatus Alopecurus saccatus Alopecurus carolinianus Çəmən tülküquyruğu (Alopecurus pratensis) Azərbaycanda 12 növü bitir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Tülküquyruq
Tülküquyruq (lat. Alopecurus) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Hər iki yarımkürənin mülayim və soyuq qurşaqlarında, tropiklərin dağlıq ölkələrində 50-dək növü yayılıb. Çiçək qrupu sıx sünbüldür. Meyvəsi dənmeyvədir. Hamar tülküquyruq (Alopecurus aequalis Sobol.) Alopecurus arundinaceus Alopecurus myosuroides Alopecurus geniculatus Alopecurus saccatus Alopecurus carolinianus Çəmən tülküquyruğu (Alopecurus pratensis) Azərbaycanda 12 növü bitir.
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Tülküquyruq çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Tüklüquyruqlu mirikariya
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.