I
(Ağdam, Ağdaş, Ağcabədi, Tərtər, İrəvan)
üzüm növü. – Tülküquyruğu ürüşübabadan balaca olur (Ağdam); – Tülküquyruğu yeməli üzümdü (Ağdaş)
II
(Kürdəmir)
çəltik növü
III
(Gəncə, Göyçay, Qazax, Şəmkir)
alaq otu adı. – Bu darıda tülküquyruğu yoxdu (Qazax); – Bizim darıda tülküquyruğu yoxdu (Göyçay); – Mənim darım bi:l bütün tülküquyruğudu (Şəmkir)