tülküxasiyyətli
tülküquyruqkimi
OBASTAN VİKİ
Tülküquyruq
Tülküquyruq (lat. Alopecurus) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Hər iki yarımkürənin mülayim və soyuq qurşaqlarında, tropiklərin dağlıq ölkələrində 50-dək növü yayılıb. == Botaniki təsviri == Çiçək qrupu sıx sünbüldür. Meyvəsi dənmeyvədir. === Növləri === Hamar tülküquyruq (Alopecurus aequalis Sobol.) Alopecurus arundinaceus Alopecurus myosuroides Alopecurus geniculatus Alopecurus saccatus Alopecurus carolinianus Çəmən tülküquyruğu (Alopecurus pratensis) == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda 12 növü bitir.
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Tülküquyruq çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. == Təbii yayılması == Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. == Botaniki təsviri == Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.