Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Çoxqatlı, çox təbəqəli ( İnformatika)
Çoxqatlı, çox təbəqəli (İng. multilayer, ru. многослойный) — 1. Elektron komponentlərini başqa qatlarla birləşdirmək üçün hər birinin öz naqillər toplusu olan bir neçə qatdan ibarət altlıqlı elektron çap lövhəsi. Qatların hamısı birlikdə vahid lövhə əmələ gətirir ki, ona inteqral sxemlər, rezistorlar, kondensatorlar və s. qoşulur. Çoxqatlı quruluşda komponentlər arasında əlaqə üçün müxtəlif marşrutlar təmin olunur. 2. Avtomatlaşdırılmış layihələndirmədə (CAD): elektron sxemin, hər birinin müxtəlif detallaşdırma dərəcəsi və ya müxtəlif obyektləri olan bir neçə səviyyədə yaradılmış şəkilləri (rəsmləri); bu halda rəsmin ayrı-ayrı hissələrini asan idarə etmək mümkün olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.