1. Tənbəl adamın hal və keyfiyyəti.
Kim ki tənbəlliyə məhəbbət edər; Daim əyləncələrlə ülfət edər.
[Sevinc Mahmuda:] Səni kəndə qaçmağa məcbur edən tənbəllikdir.
2. Başısoyuqluq, səhlənkarlıq.
[Qulu:] Etiraf etməliyik ki, idarə bir az tənbəllik göstərir.
[Prokuror Firəngizə:] Görünür, hələ tənbəllikdən yaxamızı tamam qurtara bilməmişik.