Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tsrviz
Tsrviz, Lusahovit - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Təbriz
Təbriz (fars. تبریز‎) — Qədim Azərbaycan Şəhəridir, Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri, sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur. Təbriz şəhəri İran Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. == Etimologiyası == Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. == Təqvimdən istifadə == Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Təşvir
Təşvir (az-əbcəd. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Vəftiz
Vəftiz — (yunanca – βάπτισμα — "suya batırma") xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi. == Vəftiz mərasiminin yaranması == Su qədimdən bir çox xalqlarda həyat və paklanma rəmzi olmuşdur. Yəhudilərin adəti üzrə, başqa bir millətdən yəhudiliyə dönən şəxs müqəddəs paklanma mərasimini yerinə yetirməli idi və həmin mərasim ibrani dilində "טבילה" (tvila), yunan dilində isə "βάπτισμα" (baptisma) adlanırdı. Qüdsdə bu mərasim üçün xüsusi bir hovuz var idi. Yəhudi olmayan bir şəxs "tvila" mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs. Yesseylər təriqəti) gündəlik "müqəddəs yuyulma" yerinə yetirmək adəti var idi. Vəftizçi Yəhya İordan çayında xalqın tövbə etməsi və gələcək olan Məsihə hazırlanması üçün vəftiz edirdi. İnsanlar vəftiz olunduqları zaman öz günahlarını etiraf edirdilər. == Erkən kilsədə vəftiz == Əhdi-Cədidə və digər qədim tarixi mənbələrə əsasən, vəftiz erkən xristian dinində zəruri bir şərt sayılırdı.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Cəviz
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Təvil
Təvil (Vərziqan)
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Anaxatun (Təbriz)
Anaxatun (fars. اناخاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.052 nəfər yaşayır (527 ailə).
Arpadərəsi (Təbriz)
Arpadərəsi (fars. آرپا دره‌سی‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 793 nəfər yaşayır (220 ailə).
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Axulə (Təbriz)
Axulə (fars. اخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Üskü qəsəbəsindən 12 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.351 nəfər yaşayır (441 ailə).
Ağacoğlu (Təbriz)
Ağacoğlu (fars. اغاج اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (62 ailə).
Ağdaş (Təbriz)
Ağdaş (fars. اقداش‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbriz şəhərindən 27 km şimalda, Təbriz-Əhər avtomobil yolunun 11 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (33 ailə).
Ağmuğan (Təbriz)
Ağmuğan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü qəsəbəətrafı kəndistanında, Üskü qəsəbəsindən 18 km cənub-şərqdədir.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağçakəhəl (Təbriz)
Ağçakəhəl — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü kəndistanında, Üskü qəsəbəsindən 12 km cənubdadır.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Buraçalu (Təbriz)
Buraçalu — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Şəbüstər bölgəsinin Şərəfxana kəndistanında, Şəbüstər qəsəbəsindən 38 km. cənub-qərbdədir.
Büzucıq (Təbriz)
Büzucıq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanındadır.
Bayqarakuh (Təbriz)
Bayqarakuh (fars. بايقراكوه‎) (Dağ Bayqara), İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənddir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (40 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 32 km qərbdədir.
Bayraq (Təbriz)
Bayraq (fars. بيرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.703 nəfər yaşayır (914 ailə).
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Teyvaz
Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarix və etimologiyası == Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır. Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır. == Coğrafi mövqeyi == Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. == Təbii ehtiyatları == === Mineral suları === Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədi ilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır. == Əhalisi == Əhalisi 324 nəfərdir.